BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Artıq bir neçə ildir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesi gedir. Bu danışıqların son nəticəsi olaraq sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmalar yolunda addımlar atılır. Bu məsələ yalnız Azərbaycan və Ermənistan hakimiyyətinin gündəmində deyil, eyni zamanda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsində bir sıra siyasi güclərin maraqları var. Bu maraqlar çərçivəsində hər ölkə məsələnin özünə sərf edəcək şəkildə həllinə çalışır". Bu sözləri SİA-ya açıqlamasında "Cəmiyyətin İnkişafı Mərkəzi " İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycanın tutduğu mövqe aydın və konkretdir: "Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət yalnız regionda sülhün bərqərar edilməsi və azad olunmuş ərazilərdə vətəndaşların məskunlaşdırılması, abadlıq-quruculuq işlərinin sürətlə davam etdirilərək normal şəraitin təmin olunmasıdır.

Təəssüf ki, Ermənistan tərəfi bu prosesdə dəfələrlə təxribat xarakterli addımlar atıb. Hesab edirəm ki, onun bu addımları artıq ənənə halını alıb. Əslində bunun bir neçə səbəbi var. Düşünürəm ki, Ermənistan tərəfi bu cür təxribatlarla danışıqlar prosesini pozmağa, öz havadarlarının daha çox diqqətini cəlb etməyə və müəyyən güzəştlər əldə etməyə çalışır".

Sədr zözlərinə davam edərək bildirib ki, Ermənistan daxilində də müəyyən problemlər var: "Azərbaycanla razılaşmalar əldə olunacağı vaxtda Ermənistan cəmiyyətində xarici qüvvələrin təsiri ilə hərəkət edən qüvvələr fəallaşır və danışıqlar prosesini pozmağa çalışırlar. Ermənistan hesab edir ki, bu cür pozucu hərəkətləri ilə dünya ictimaiyyətini aldada biləcək. Özləri də dərk etmir ki, Azərbaycanın danışıq proseslərinin ləngidilməsində heç bir marağı yoxdur. Çünki Azərbaycan dövləti artıq istəyinə nail olub və torpaqlarını azad edib. Bizim yalnız bir istəyimiz var. Geri qalan erməni ictimaiyyətinin Azərbaycan dövlətinin qanunvericiliyinə tabe olaraq yaşayışını və 2025-ci ildə artıq rus sülhməramlıları ölkəni tərk etdikdən sonra proseslərə tam şəkildə nəzarət edərək həmin ərazilərdə bütün dövlət strukturlarının fəaliyyətini təmin etməkdir".

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər