BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünyanı heyrətə gətirən, regionun geosiyasi durumunu dəyişən şanlı Zəfərimizdən sonra Azərbaycan dövlətinin qarşısında duran milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqların intibahı, onun canlandırılması və tezliklə Böyük Qayıdışı gerçəkləşdirməkdir. Vətən müharibəsindən dərhal sonra start verilən, geniş quruculuq və bərpa işləri bu gün tarixi ərazilərimizdə uğurla davam etdirilərək daha da geniş vüsət almaqdadı. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün həmin ərazilərdə misli görünməmiş meqalayihələr icra edilir. Bu möhtəşəm prosesin unikallığı həm də ondan ibarətdir ki, quruculuq-abadlıq işləri minalanmış ərazilərin təmizlənməsi kimi həm təhlükəli, həm də sonsuz dərəcədə vacib bir fəaliyyətlə paralel aparılır. Heç bir mənəvi və əxlaqi dəyərlərə, beynəlxalq humanitar hüquqa əhəmiyyət verməyən mənfur düşmənlərin 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda apardıqları minalama hələ də minlərlə vətəndaşımızın həyatını təhlükədə qoymaqdadır. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, bərpa işlərini genişləndirmək məqsədilə həmin ərazilərin minalardan təmizləmə işləri isə sürətlə davam etdirilir. Bütün bu genişmiqyaslı işlər, o cümlədən Böyük Qayıdış Azərbaycanın öz daxili maliyyə mənbələri hesabına reallaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

O bildirib ki, işğal müddətində Qarabağda və Şərqi Zəngəzurda nəinki bütün infrastruktur tamamilə dağıdılıb, həmçinin ətraf mühit ciddi zərər görüb. Bu mənada həm infrastrukturun yenidən qurulmasına, həm də ətraf mühitin bərpasına, yaşıllıqların, meşə massivinin salınmasına, çayların təmizlənməsinə də ehtiyac var və bu istiqamətdə də intensiv işlər görülür.

“Erməni vəhşilərinin yerlə-yeksan etdiyi qədim yaşayış məskənlərimizin bərpası, yolların, tunellərin, beynəlxalq hava limanlarının inşası və digər kommunikasiya sistemlərinin, bütün infrastrukturların yaradılması Şərqi Zəngəzur və Qarabağa yenidən həyatın qayıdacağına, Böyük Qayıdışın reallaşacağına, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış soydaşlarımızın tezliklə öz doğma ata-baba yurdlarına qovuşacaqlarına və firavan yaşayacaqlarına inam hissini daha da artırır. Əslində, Qarabağda və Şərqi Zəngəzurda aparılan bu möhtəşəm işlər, regiona yeni nəfəsin verilməsi, Azərbaycanın 30 illik işğala son qoyan Zəfər yürüşünün davamı olaraq, bir daha dövlətimizin gücünün, qüdrətinin, vətəndaşlarımızın yurd sevgisinin, əzmkarlığının, zəhmətsevərliyinin, iradəsinin, peşəkarlığının bütün dünyaya nümayişidir”, - deyə QHT sədri vurğulayıb.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər