BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

“Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarının təmin edilməsi üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu sonuncu Brüssel görüşündə razılaşdırılıb. Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel rəsmən bəyan edib. Maraqlıdır, görəsən həmin danışıqlar ərzində Ermənistanın baş naziri nədən indiki kimi yüklərin Laçın yolu ilə keçməsində israr etmirdi? Bunu iyulun 15-də Brüsseldə keçirilən görüşdən dərhal sonra da deyə, narazılıq edə bilərdi”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, rəsmi Yerevan Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı müraciət etməyib: “Bunu özləri etiraf edirlər. Deməli, bu planlaşdırılımış təxribatdır”.

E.Allahverdiyev hesab edir ki, bir sıra dövlətlərin də Ermənistanın təxribat cəhdinə dəstək vermələri əsaslı şübhələrə yol açır:

“Onların məsələ ilə bağlı bir-birilərini təkrar edən məzmunda bəyanatlar vermələri ikili standartların bariz göstəricisidir. Qarabağdan məcburi köçkün düşmüş bir milyona yaxın azərbaycanlı əhali illərlə humanitar yardıma ehtiyac içində yaşayıb. Xüsusilə də ötən əsrin 90-cı illərində. Onda bu bəyanatları verən ölkələr eyni reaksiyanı vermişdilərmi? İndi Yerevandakı səfirləri yığışıb Azərbaycanla sərhədə gəlirlər, Avropanın ezam etdiyi müşahidəçilər gecə-gündüz keşikdə durublar” – deyə millət vəkili vurğulayıb.

Millət bildirib ki, separatçıların hətta “ərzaq çatışmazlığı” şəraitində hərbi xarakterli təxribatlardan əl çəkməmələri mövcud situasiyanın gerçək mahiyyətindən xəbər verir: “Separatçı xunta həddini o qədər aşıb ki, hətta guya “humanitar böhran” zamanında da özünün təxribatlarından əl çəkmir. Bölgə üzərindən uçan sərnişin təyyarələrinin uçuşuna maneələr yaradılır. Özü də tək Azərbaycan təyyarələrinə deyil, o cümlədən xarici təyyarələrə də. Necə ki, iyulun 24-də “Çexiya Hava Yolları” aviaşirkətinin təyyarəsinə maneə yaradıblar. Görəsən, hay-küy salan Avropa dövlətlərinin bundan xəbərləri varmı?”.

Deputatın sözlərinə görə, heç bir dövlət və ya dövlətlər digər dövlətə sərhədini biz istəyən yerdən aç, yüklərimizi oradan keçirək deyə göstəriş verə bilməz: “Azərbaycanla bu tərzdə danışmaq heç bir nəticə verməyəcək. Bizim mövqeyimiz aydındır. Ağdam-Xankəndi yolu tam hazırdır, təklifimizi vermişik, Brüsseldə qəbul edilib. Yükləriniz bütün gömrük və sərhəd prosedurlarını keçdikdən sonra sözügedən yolla Xankəndiyə aparıla bilər. Üstəlik, Azərbaycan ərazimizdə yaşayan erməniəsilli şəxslərin ərzaq və digər ehtiyaclarını özü də ödəməyə hazırdır. Laçın sərhəd-keçid məntəqəsi isə öz ahəngi ilə işləyir. Sıravi şəxslər sərhəddən heç bir maneəsiz keçirlər. Bu günədək sərhəddən 2 min nəfərə qədər şəxs istifadə edib”.

E.Allahverdiyevin fikrincə, Ermənistan və havadarları vəziyyəti “humanitar böhran”, “fəlakət” kimi qələmə verib siyasi manipulyasiya ilə məşğuldurlar. “Qarabağ Azərbaycanın dünya, o cümlədən Ermənistan tərəfindən tanınmış ərazisidir. Bizim ölkədə hər hansı böhran, ərzaq çatışmazlığı yoxdur. Biz ərazimiz olan Qarabağdakı erməni əhalinin hər bir ehtiyacını ödəməyə hazırıq. Azərbaycan Ermənistan kimi xaricdən gələn ianələr hesabına dolanan dövlət deyil. Biz özümüz-özümüzü təmin edən ölkəyik. Belə olduğu halda hansı “böhran”dan danışmaq olar? Söhbət Xankəndidə kök salmış hərbi-kriminal xuntanın erməni əhalini özünün qorxu və ambisiyalarının girovuna çevirməsindən gedir. Ağdamla Əsgəran arasında yola beton maneələri kim düzdürübsə, o da böhranda maraqlıdır” – deyə deputat vurğulayıb.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər