BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır”

 Ermənistan tərəfinin 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın üddəalarının icrasından boyun qaçırması normallama prosesinə və sülüh əldə olunmasına mane yaradır. Bu azmış kimi üçtərəfli Bəyanata zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri hələ də çaxrılmamışdır. Baxmayaraq ki, Azərbaycan tərəfindən bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq edilmişdir. Prezident İlham Əliyev bu haqda çıxışlarında Ermənistana öz çağırışını etmişdir. 2023-cü il 20 sentyabrında Prezident İlham Əliyevin xalqa müraciətində bir daha bu haqda danışaraq deyib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır: “Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir”. Bütün bunlar da ərazi bütövlüyümüzə təhlkə yaradırdı. Erməni silahlı qüvvələri davamlı olaraq bölgədə təxribatlar törədir, məqsədli şəkildə döyüş mövqelərini gücləndiririrdilər. Bu da Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribatların törədiləcəyindən xəbər verirdi. Cənab Prezidentin bildirdiyi kimi İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. “Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır”, - deyə dövlətimizin başçısı əlavə edib. Azərbaycan ordusu erməni təxribatlarının qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması üçün antiterror tədbirləri həyata keçirmişdir. Azərbaycan dövlətinin məqsədi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir. Prezident İlham Əliyev antiterror tədbirlərində Ermənistanın şəksiz məğlubiyyətini qeyd edib: “Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

 Qarabağda lokal xarakterli antiterror tədbirlərinin aparılması Azərbaycan Respublikasının konstitusion hüququdur. Dövlətimizin, eləcə də Qarabağda erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün antiterror tədbirlərinin keçirilməsi zərurətə çevrilmişdir. Prezident İlham Əliyev Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradıldığını vurğulayıb: “O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir”. Ümumiyyətlə, Azərbaycan birgəyaşayış, tolerantlıq baxımından dünyaya model olan dövlətdir. Əsrlərdir bu diyarda qeyri-azərbaycanlılar da azad və sərbəst şəkildə yaşayırlar. Onlar da Azərbaycanın haqq savaşında mübarizəyə hər zaman qoşulurlar. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir: “Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq”. Azərbaycanda bu həmrəylik mühiti aparılan dövləti siyasətinin müsbət nəticəsidir. Bir günlük antiterror tədbirləri zamanı Azərbaycandakı bütün millətlərin nümayəndələri, etnik qrupların üzvləri də narahatlıq keçirdilər. Hətta Azərbaycanın Rus İcması bəyanat yaydı. Bəyanatda Azərbaycanın Rus İcması Prezident, Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Qarabağda uğurlu antiterror tədbirlərinin keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib: “Biz, Azərbaycanın rus əhalisi, göstərilən mətanət, müdriklik və sonunadək qələbə əzminə görə Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib. İndi bayrağımız Xankəndi şəhərində də məğrurcasına dalğalanacaq. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi!”

Azərbaycan regionda sülh və təhlükəsizlik üçün daha bir addım atmış oldu. Müzəffər Ordumuz bir gün ərzində Qarabağda təhlükə mənbəyi olan qanunsuz erməni hərbi birləşmələrini tərksilah etdi.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər