BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir”

 Artıq Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi məşhurlaşıb. Bu, ondan irəli gəlir ki, xüsusən Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı artmaqda davam edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycanla bağlı deyilən fikirlər bunu bir daha sübut edir.  Qeyd edək ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Açılışda, öncə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın qaz ixracı coğrafiyasının daha da genişləndiyini deyib: “Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.

Əlbəttə ki, enerji təhlükəsizliyi baxımından bu genişləmə qlobal arenada Azərbaycanın etibarlı tərəfdaş olması və iqtisadi potensialından irəli gəlir. Azərbaycan öz təbii sərvətlərindən vaxtında, səmərli istfadə etməyi bacarır. Neft və qaz amlidən düzgün yararlaraq dövlətimiz öz tərəfdaşlarının, ümumiyyətlə dostlarının sayını daha da artırıb. Bu məqamda geosiyasi vəziyyətin təlbləri də nəzərə alınmalıdır. Avropanın qaza ehtiyacı olan bir zamanda Azərbaycan bir növ öz qapılarını bu qitənin ölkələrinə açıb. Və gördüyümuz kimi, təbii qazımızı alan ölklər arasında Avropa ölkələri üstünlük təşkil edir. Bu say yəqinki artacaq. Ötən il Avropa ilə Azərbaycan arasında enerji sahəsində  bağlanmış Anlaşma Memorandumu bunun deməyə əsas veirir. Bunu Prezident İlham Əliyev də çıxşında xatırladıb: “Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”.

Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Avropaya qaz ixracında, eləcə də Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsində Azərbaycanın rolunu xüsusi vurğulayıb: “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir. Bu kəmər vasitəsilə Azərbaycan qazı Serbiyaya da nəql olunacaq. Əlbəttə ki, bununla regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsi inkişaf edəcək. Xatırladaq ki, bu ilin oktyabrında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi olmuşdur. Həmin mərasimdə Prezident İlham Əliyev iştirak etmiş və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətə malik olduğunu demişdir. “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır”,- deyə ölkə başçısı əlavə etmişdir. Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qazı məhz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsi nəql ilə olunmuşdur. Artıq Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əlaqələr daha da möhkəmlənib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru da Azərbaycanın bu iki Avropa ölkəsi ilə enerji sahəsində əlaqələrinin inkiafına və güclənməsinə əhəmiyyətli töhfə verəcək. 

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 

Son xəbərlər

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu...

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Bütün xəbərlər