BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Sirr deyil ki, Fransa və bir sıra dövlətlər xüsusilə ciddi geosiyasi və geoiqtisadi maraqlara malik olduqları ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə edirlər. Xüsusən, Cənubi Qafqaz regionunda, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində Fransanın geniş kəşfiyyat şəbəkəsinin olması təəccüb doğurmur". 
Kanal 20 TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Azərbaycan" qəzetinə Fransanın casus şəbəkəsinin ifşa olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Bu halların aşkarlanmasının və casus şəbəkəsinin fəaliyyətinin dayandırılmasının vacibliyinə toxunan deputat qeyd edib ki, agent şəbəkələri fəaliyyət göstərdikləri ölkələrin daxili siyasi sabitliyi, onların müstəqil siyasətləri üçün təhlükədir. Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları, Fransa və Avropanın bir sıra dövlətləri də ayrı-ayrı ölkələrdə agent şəbəkələrini yaradaraq oradakı proseslər, vəziyyət haqqında məlumatlar əldə edirlər. Sonrakı mərhələdə isə prosesləri yönləndirmə cəhdlərini ortaya qoyurlar. "Hətta bir çox hallarda belə agent şəbəkələri vasitəsilə siyasi rejimlərin dəyişdirilməsi cəhdləri də müşahidə olunur. Fransa, ABŞ kimi ölkələr müxtəlif yerlərdə onlara loyal münasibət bəsləyəcək rejimlər formalaşdırmaqda maraqlıdırlar. Məsələn, bir müddət əvvəl Gürcüstan xüsusi xidmət orqanları belə bir şəbəkənin cəhdlərinin qarşısını aldı", - deyə deputat əlavə edib.
Postsovet ölkələrinin əksəriyyətində bu cür casus şəbəkələrinin mövcud olduğunu deyən E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları belə hallara qarşı hər zaman ayıq-sayıqdır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə bütün təsirli tədbirləri görməklə yanaşı, preventiv addımlar atmaq təcrübəsini və bacarığını da nümayiş etdirir. 
Deputat vurğulayıb ki, Fransanın ölkəmizdəki səfirliyi nəzdində casus şəbəkəsinin fəaliyyətinin qarşısının alınması Azərbaycanın iradəsini, gücünü, Fransa xüsusi xidmət orqanlarının isə artıq zəif durumda olduğunu nümayiş etdirir:  "Təsadüfi deyil ki, Fransa Müdafiə Nazirliyinin xarici Təhlükəsizlik İdarəsinin rəhbəri Bernard Emyer Fransa prezidenti tərəfindən vəzifəsindən azad olundu, o, başqası ilə əvəzləndi. Bu kimi halların qarşısının alınması həm də Fransa kimi neoimperializm, neokolonializm təfəkkürü ilə yaşayan ölkələrə təsirli dərsdir".

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər