BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, Gənclərin Töhfəsi İctimai Birliyi Bakı şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə “Heydər Əliyev İli” çərçivəsində Mükafatlandırma mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən və bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının rolundan danışıb. Daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova gənclərin inkişafında cəmiyyətin müxtəlif institutlarının fəal şəkildə iştirak etdiyini və onların əməyinin qiymətləndirilməsinin vacib olduğunu deyib. Bakı Şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Elvin Orucov, Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov gənclərin cəmiyyətin ictimai-sosial həyatında önə çəkilməsinin və onlarının fəaliyyətlərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

“Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu Azərbaycan gənclərinin gənclər və idman sahəsində fəaliyyət imkanlarının artırılması, onların maraq və mənafelərinin qorunması və cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün verdiyi dəstəyə görə, millət vəkilləri Jalə Əhmədova və Ceyhun Məmmədov gənclərin ictimai, mədəni sahədə fəaliyyətinin genişlənməsinə və yaradıcı bacarıqlarının inkişafına verdiyi töhfələrə görə, media kapitanları “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Vətəninfo.az” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı, “Azxeber.com” saytının həmtəsisçisi Hacıbəy Heydərli, “Diaspornews.az” saytının baş redaktoru Fuad Hüseynzadə, fotoqraf-jurnalist Rüstəm İsmayılov gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin ictimaiyyətə çatdırılmasında verdiyi təmənnasız dəstəyə görə, gənc liderlər “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin Baş direktoru Azər Əliyev, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, “Gələcək” İntellektual İnkişaf Dəstək İctimai Birliyinin sədri Kazım Məmmədov, “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov Azərbaycanda könüllülük fəaliyyətinin təbliğində və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Gənclərin dostu” mükafatı, fəal gənclər “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri Əfsələddin Ağalarov, “Gənclərin İnkişafına və Təşəbbüsünə Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyev və bir qrup gənc isə yeni təsis edilən “Fəal Gənc” döş nişanı ilə mükfatlandırılıb.

Nəzərinizə çatdırırıq ki, “Fəal Gənc” döş nişanı “Mükafatlandırma Komissiyası”nın rəyinə əsasən Azərbaycan gənclərinin elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsilgənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya, media və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə yeni təsis edilib. Hər il elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya, media və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə “Fəal Gənc” Mükafatı ilə təltif olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər