BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Fevralın 25-də Xocalı soyqırımı şəhidlərinin 32-ci ildönümü Polşada da qeyd edilib. Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Polşanın paytaxtı Varşava şəhərindəki "Łukasza Ewangelisty" adlı katolik kilsəsində tədbir təşkil edilib. Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin "messa" saatı adlanan kütləvi ibatədi zamanı yad olunub. İbadət bitdikdən sonra kilsə keşişi Ksiądz Jan Popiel bir saata yaxın müddətdə məhz Xocalı hadisələri və soyqırım şəhidləri haqqında kilsəyə toplaşmış 250-dən çox yerli əhali qarşısında çıxış edib. 

O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri olduğunu deyib: "Son illər beynəlxalq ictimaiyyət bu cür faciələri  təkrarlanmaması üçün münaqişə zamanı törədilmiş beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. 16 ölkə və ABŞ-ın 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onların dünyadakı dostları bu faciəli gündə insan həyatının dəyərini ucaltmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-nın o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək".

Ardınca Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tədbirdə çıxış edərək yaradılan bu şəraitə görə kilsə rəhbərliyinə təşəkkür edib: "Hörmətli kilsə keşişi, Sizə Polşadakı bütün Azərbaycan icması adından dərin təşəkkürümü bildirmək istəyirəm. Dəstəyinizə, həlak olan qurbanlar üçün dualara və Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələrin ildönümündə ibadət mərasimini keçirdiyinizə görə təşəkkür edirik. İnsan həyatının dəyərinin etnik və dini bölgüsü yoxdur. Xocalı acısı və digər hərbi cinayətlər qəlbimizdə əbədi qalacaq". 

Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən yerli əhalinin məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımını əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilmişdir. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə çap etdirilmiş Xocalı soyqırımı həqiqətləri haqqında 100-dən çox kitabça yerli əhaliyə paylanılmışdır. Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən həm polyakca, həm də ingiliscə Xocalı soyqırımı haqqında geniş məlumatlar insanlara çatdırılmışdır. Yerli ictimaiyyət baş verən bu hadisələrə görə təəssüf hissi keçirdiklərini və bu kimi maarifləndirici tədbirləri təqdir etdiklərini bildirmişlər.Qeyd edək ki, katolik kilsəsində kilsənin baş keşişi tərəfindən yerli əhali qarşısında Xocalı soyqırımı haqqında danışılması, bu faciəni törədənlərin sərt şəkildə qınanılması və soyqırımı qurbanlarının xatirəsinə dua edilməsi ümumi Avropa ölkələrində daha öncə baş tutmamışdır. Bu tədbirlə Polşa Azərbaycanlıları Şurası bir ilkə imza atmış və Polşa - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə hər zaman olduğu kimi yenə öz töhfəsini vermişdir. Yerli xalqın məlumatlanması istiqamətində belə tədbirlərin təşkil edilməsi dövlətimizin xarici siyasətinə dəstək olması və qarşıdakı illərdə Polşa Respublikasının Xocalı faciəsini dövlət səviyyəsində soyqırımı kimi qəbul etməsi üçün mühüm önəm kəsb edir.

//www.youtube.com/watch?v=xcLIPM-m7Rw

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər