BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Millət vəkili deyir ki, Vladimir Putinin hakimiyyəti dövründə Rusiyanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb, hərbi sənaye sahəsi inkişaf edib.

 Rusiyada 3 gün davam edən prezident seçkiləri nəhayət ki başa çatıb. Artıq dünyanın müxtəlif yerlərindən Rusiya Prezidentinə seçkilərdə qələbə qazanması münasibətilə təbriklər gəlir. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya liderini seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Seçkilərlə bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Putinin seçkilərdə inamlı qələbə qazanmasını şərtləndirən bir sıra amillər var: "Rusiyaya münasibətdə həddindən artıq geniş miqyaslı sanksiyaların tətbiq olunmasına baxmayaraq bu ölkənin iqtisadiyyatı çökmədi, əksinə daha da inkişaf etdi. Əksər ölkələrin şirkətlərinin Rusiyanı tərk etməsi Rusiya iqtisadiyyatında ciddi izlər buraxmadı, tez bir zamanda bu ölkənin iqtisadi sistemi yeni iqtisadi reallıqlara reaksiya nümayiş etdirdi və iqtisadi inkişaf tempi yüksəlməyə başladı. Vladimir Putinin rəhbərliyi dövründə Rusiya daxili istehsalını əhəmiyyətli dərəcədə artırmağı bacardı, təchizat bazarlarının xarici istehsalçılardan asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına müvəffəq olundu. Bu da kənar təsirlərin miqyasını azaltmış oldu".

Millət vəkili deyir ki, Vladimir Putinin hakimiyyəti dövründə Rusiyanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb, hərbi sənaye sahəsi inkişaf edib: "Bütün bunlar Putin hakimiyyətinin Rusiya xalqı tərəfindən dəstəklənməsini şərtləndirən başlıca amillər sırasındadır. Ayrıca nəzərə almaq lazımdır ki, Rusiya vətəndaşları və dünyanın digər ölkələrində yaşayan əksər rusiyalılar Rusiyadan kənarda açıq ögey münasibətlə qarşılaşırlar. Bir çox hallarda rus dilinə və mədəniyyətinə qarşı hücumlar müşahidə olunur. Bütün bunlar seçicilərin hazırkı prezidentin ətrafında sıx birləşməsini şərtləndirən amillər rolunda çıxış edir. Nəzərə almaq lazımdır ki, bu seçkilər seçici aktivliyi şəraitində keçirildi".
Elşad Mirbəşiroğlu Vladimir Putinin prezidentliyi dövründə Azərbaycanla münasibətlərə toxunub: "Məhz Vladimir Putinin hakimiyyəti dönəmində Azərbaycan-Rusiya münasibətləri öz inkişafının ən yüksək nöqtəsinə çatdı. 2022-ci ilin fevralın 22-də Azərbycan və Rusiya liderləri Mütəffiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzaladılar. Bu tərəflər arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirmiş oldu. Azərbaycan və Rusiya liderləri arasında səmimi dostluq münasibətlərinin, qarşılıqlı anlayışın olması ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edən başlıca amillərdəndir".

Millət vəkili qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ilbəil yüksəlir:
"Bu gün Rusiyanın 75-dən artıq regionu Azərbaycanla ayrıca olaraq əməkdaşlıq etməkdədir. Rusiya ilə Azərbaycan arasında hər il regional forum təşkil olunur ki, bu zaman hər iki ölkənin iqtisadi subyektləri arasında fikir mübadiləsi aparılır, iqtisadi əməkdaşlığın inkişaf vəziyyəti və perspektivləri, yeni imkanların tapılması müzakirə olunur. Bunlar da Azərbaycan-Rusiya münasibətlərinin inkişafında öz müsbət təsirini göstərir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını Ermənistanın işğalından azad edən zaman Ermənistan baş naziri Nikol Paşinyan israrla Rusiyadan əməliyyatlara qoşulub kömək etməsini istəyirdi. Lakin buna cavab olaraq Rusiya prezidenti bildirdi ki, əməliyyatlar Ermənistan ərazisində getmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və müvafiq olaraq Rusiya proseslərə qarışa bilməz. Bununla Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nümayiş etdirdi.

Təəssüflə qeyd etmək lazımdır ki, Qərb ölkələri Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edən zaman ölkəmizə qarşı siyasi hücumlar təşkil edirdilər, qərəzli siyasi mövqelərin formalaşdırılmasına çalışırdılar, hətta BMT TŞ-də Azərbaycanın əleyhinə dəfələrlə müzakirələr təşkil edirdilər".
"Rusiyanın təşəbbüsü ilə İkinci Qarabağ müharibəsindən sonra üç sənəd imzalandı. O sənədlərdə regionda iqtisadi layihələrin həyata keçirilməsi, kommunikasiyaların açılması kimi mühüm məsələlər öz ifadəsini tapıb. Bu baxımdan hesab edirəm ki, Vladimir Putinin Rusiyaya növbəti rəhbərliyi dövründə də ölkələrimiz arasında münasibətlər hər zaman olduğu kimi inkişaf edəcək və tərəflər bir-birilərinə qarşılıqlı hörmət şəraitində əməkdaşlıqlarını genişləndirəcəklər. Münasibətlərimizin xarakteri bütövlükdə Cənubi Qafqaz regionundakı vəziyyətə təsir edən çox təsirli amildir. Bu gün Azərbaycan-Rusiya münasibətləri cənab İlham Əliyevin və Vladimir Putinin sayəsində öz inkişafının ən yüksək səviyyəsinə çatıb, bu da bütövlükdə bölgəmiz üçün çox əhəmiyyətlidir" – E.Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər