BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xeyli müddətdir ki, haqqında danışılan, ətrafında ajiotaj yaradılmasına çalışılan ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan görüşü, dünən baş tutdu. Rusiyanın operativ və kifayət qədər sərt reaksiyasını nəzərə almasaq, çox sönük və gözlənildiyinin əskinə olaraq, heç də ciddi təlatüm yarada bilmədi. Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirdi. Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanatında qeyd olunur ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin gərginliyin artmasına səbəb ola bilər. Əlbəttə ki, bir çox ekspertlər, qurulmağa cəhd edilən bu əməkdaşlığın, ilk növbədə, Rusiyanın əleyhinə yönəldiyini, Qərbin son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün Ermənistanı Cənubi Qafqazda vasitəyə çevirməyə çalışdığını, Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılmasına nail olmağa xidmət göstərdiyini iddia edir. Həmçinin Ermənistan hökumətinin də, tədricən Rusiyadan qoparaq, qərbyönlü siyasət aparmağa cəhd edirmiş kimi görüntü yaratdığını bildirirlər.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Azərbaycanı əmin etmək istəyirdi ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizə qarşı yönəlməyib. Davamlı olaraq bizi buna inandırmağa çalışırlar. Bəs bizi nə narahat edir? Niyə bu proseslərin Azərbaycanın əleyhinə yönəldiyi düşünülür? Niyə rəsmi Bakı Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı-ABŞ sammitindən narazı və narahatdır? İlk növbədə, bu, Qərblə Rusiya arasında gedən çox ciddi qarşıdurmanın yeni bir müstəviyə keçməsi kimi qiymətləndirilsə də, eyni zamanda, regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur. Bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var.

“Məlumdur ki, Azərbaycanın otuz il ərzində işğal altında qalan torpaqlarını azad etməsi, xüsusilə keçən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri, dünya hərb tarixinə yazılacaq. Ərazi bütövlüyümüzün tam təmin edilməsi, Azərbaycanın regionun söz sahibinə, vacib aktoruna çevrilməsi, əldə etdiyi uğurlar Qarabağ Zəfərini həzm edə bilməyən bəzi qüvvələri, xüsusilə də özünü “səlib təəssübkeşi” kimi sırımağa çalışan, əslində isə Afrikada bütün mövqelərini itirərək uğursuzluğa düçar olmuş, primitiv kolonial siyasət həyata keçirməyə çalışan Fransanı və onun satellitləri olan bəzi Avropa ölkələrini çox narahat edir. Son bir neçə ayda baş verən hadisələr, o vaxtdan davamlı olaraq həyata keçirilən təzyiqlər bunun bariz nümunəsidir. Belə ki, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində ölkəmizin narazılığına baxmayaraq Aİ-nin monitorinq missiyasının yerləşdirilməsi, Avropa Parlamentində dövlətimizə qarşı çirkin qətnamələrin qəbul edilməsi, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, AŞPA nümayəndə heyətimizin səsvermə hüququndan məhrum edilməsi və sair bu kimi amillər Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları və hər hansı sazişin bağlanması istiqamətində atılan addımlara, regionda təhlükəsizliyin təmin olunmasına ziddir. Eyni zamanda, yeni münaqişə zonasının yaranmasına xidmət edir”, - deyə siyasi ekspert qeyd edib.

Onun sözlərinə görə, son aylar Ermənistanın intensiv silahlandırılması, Azərbaycan-Ermənistan şərti sərhədlərinin müxtəlif istiqamətlərində erməni silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən, artilleriya qurğularının, zirehli texnikasının intensiv cəmləşməsi kimi hallar heç də xoşniyyətli deyil: “Bu, sülh danışıqları və müqavilənin bağlanması istiqamətində atılan addımları, prosesə vasitəçilik etmək istəyən dövlətlərin bu məsələ ilə bağlı səmimiyyətini şübhə altına salır. Görüşdə və sazişdə, ümumiyyətlə, hərbi pakt amilinin olması, hərbi komponentlərin nəzərdə tutulması əlbəttə ki, diqqətdən kənarda qala bilməz və regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından ciddi suallar və narahatlıq doğuran məqamdır. Yəqin ki, bu, Ermənistanı Rusiyaya qarşı silahlandırmaq və müharibəyə hazırlamaq məqsədi daşımır. Bu ideya çox gülünc görünərdi”.

Ə.Abbasbəyli, həmçinin deyib ki, Qərbin Ermənistana hərbi dəstəyi, onu Cənubi Qafqazda forpostuna çevirmək, qüvvələr nisbətini hələ ki müharibə vəziyyətində olan tərəflərdən birinin xeyrinə dəyişdirmək cəhdləri gələcəkdə çox böyük fəsadlar törədə bilər. Biz düşmənimizi çox yaxşı tanıyırıq. Azərbaycanın Qələbəsi ilə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan məkrli düşmən kiçicik bir fürsət gözləyir. Kim zəmanət verə bilər ki, bütün qonşularına açıq-aşkar “torpaq iddiaları” irəli sürən Ermənistan öz havadarlarının dəstəyinə, silahlarına və vədlərinə güvənərək Cənubi Qafqazda növbəti daha böyük faciələrlə nəticələnə biləcək müharibəyə səbəb olmayacaq? Nəhayət biz hələ bu danışıqların, sazişin üzdə görünən tərəflərini, məqamlarını müzakirə edir, onun fəsadlarından danışırıq, bəs əgər rəsmi açıqlamalardan başqa görüşdə məxfi komponentlərin olması, bu məsələlərin zaman keçdikcə bəlli olacağı ehtimalını nəzərə alsaq, onda vəziyyət daha da təhlükəli, tünd çalarlara boyanır. Axı tarix bu cür, üzdə bir cür - “xoşniyyətli”, “humanitar” sazişlərin sonralar əslində nə qədər qorxulu, nə qədər məkrli, faciəvi mahiyyət daşıdığı ilə bağlı onlarla nümunələrə şahidlik edir.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər