BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yunanıstanın paytaxtı Afina şəhərində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyası, Yunanıstanın Harokopio Universiteti və Böyük Britaniyanın York Universitetinin birgə təşkilatçılığı ilə Məzarlıq Araşdırmaları üzrə Beynəlxalq Konfrans keçirilib. Konfransda Azərbaycandan olan QHT sədri – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli geniş məruzə və təqdimatla çıxış edib.

Fariz Xəlilli Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında saxlandığı dövrdə Qarabağ və Şərqi Zəngəzurda 600-dən çox qəbristanlığın dağıdıldığını, məzarların uçurulduğunu, bir çox qəbirlərin açılaraq içərisində qızıl diş axtarıldığını, daşlarının oğurlandığını qeyd edib. O, azad edilmiş ərazilərdə bir sıra məzarlıqlarda şəxsən monitorinqlər apardığını, bu barədə hesabat hazırladını bildirib. Fariz Xəlilli diqqətə çatdırıb ki, Kəlbəcərdə - Ağdaban qəbiristanlığında UNESCO siyahısında olan aşıq sənətinin məşhur nümayəndəsi Aşıq Qurban Ağdabanlının, Aşıq Şəmşirin məzarları da işğal dövründə dağıdılıb.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri son vaxtlar Qarabağda və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkarlandığını qeyd edib. O, bütün bunların müharibə cinayətləri olduğunu bildirib: “Birinci Qarabağ müharibəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb. Onlar haqqında Ermənistan dövləti hər hansı ümidverici informasiya vermir. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra azad olunan torpaqlarda minaların təmizlənməsi ilə yanaşı, mümkün kütləvi məzarlıqları da həssaslıqla izləyir... 2024-cü ilin mart ayına qədər Qarabağda 16 kütləvi məzarlıq aşkar olunub. Hələlik sonuncu kütləvi məzarlıq 2024-cü ilin fevral ayında Xocalı şəhərində aşkar olunub... təkcə 1992-ci ildəki Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfərdir”.

O, Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasını və beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, İsveçrə, Yunanıstan, İtaliya, Rumıniya, İsveç, Çexiya, Yaponiya, Hindistan, Xorvatiya və digər ölkələrdən olan məzarlıq üzrə alim və tədqiqatçıları bu mühüm faktlara diqqət yetirməyə çağırıb.

27162718

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər