BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı  Səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, «Birlik» Azərbaycan diaspora təşkilatının fəalları və diaspora üzvləri, 20 saylı məktəb-gimnaziyanın müəllim və şagird heyəti iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əvvəlində hər iki ölkənin himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin  direktoru Kanikey Alimkulova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının 20 nömrəli məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləyib.

O, qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda Heydər Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimiformalaşmasında Heydər Əliyev şəxsiyyətinin böyük əhəmiyyətli rolu və təsiri vardır.

Açılış nitqindən sonra  tədbir iştirakçılarına Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla  irəlləyir” adlı sənədli film nümayiş etdirilib. Film böyük rəğbətlə qarşılanıb və şagirdlərdə Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında canlı təsəvvür yaranıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri  Lətif Qəndilov Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirmişdir. Azərbaycanın dövlət rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə  çıxış edərək “Manas”in dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırlatmışdır.

Səfir bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi ilə Qırğızıstan Prezidenti Sadir Japarovun Azərbaycana  aprel ayında baş tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzi prospektlərindən biri olan - Azadlıq prospektində Çingiz Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kul gölü ərtafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsiəməkdaşlığımızın yüksələn xətlə inkişafetməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada Qırğızıstanda ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda STEAM mərkəzi təchiz olunması uşaqlara olan onun sevgisinin nümunəsidir.

Səfir Heydər Əliyevin haqqında danışaraq qeyd etmişdir ki, O, bizə dövlət idarəçiliksirlərini öyrətmiş, insanlara qayğı ilə yanaşmağı nəsihət etmişdir. Heydər Əliyev öz çıxışlarında həmişə bildirirdi ki, dövlət işində hazırlıqlı yüksək mədəniyyət və mənəviyyata xas olan insanlar işləməlidir ki, pisi yaxşıdan, xəyanəti səhvdən ayıra bilsin. Həmin şəxslər elə bir səviyyədə olmalıdır ki, şairlə, akademiklə və bu kimi insanlarla söhbət edə bilsinlər.

Daha sonra 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev Edil çıxış edərək söyləmişdir ki,  Prezident İlham Əliyevin dəvəti ilə məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olub. O, səfər zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləmiş, Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra yaranan xoş təəssüratları ilə bölüşmüşdür. 

Məhz bütün gördüklərinin müəllifi Heydər Əliyevin olduğunu bilərək bu dahi şəxsiyyətə qəlbində böyük hörmət hissi yarandığını vurğulamışdır.

Daha sonra tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni şou proqramla davam etmiş, Azərbaycan və Qırğız dilində mahnılar ifa edilmiş  və rəqslər oynanılmışdır.

Tədbirin sonunda səfirlik tərəfindən şagirdlər üçün ziyafət təşkil edilib.

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər