BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Misirin “elalmelarby.com” saytı COP29-un Azərbaycan iqtisadiyyatına töhfələrindən yazıb.

AZƏRTAC xəbər verir ki, sayt Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “COP29 Azərbaycan iqtisadiyyatına hansı töhfələri verəcək?” adlı məqaləsini dərc edib.

Komitə sədrinin yazısında ekoloji dayanıqlıqdan və “yaşıl artım”dan, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən, eləcə də rəqabətədavamlı iqtisadiyyat, sosial ədalət və innovasiyalardan bəhs edilir. Bildirilir ki, müasir texnologiyaların və insan kapitalının inkişafı, innovativ təşəbbüslərin dəstəklənməsi dövrümüzün diktə etdiyi reallıqlardır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, abadlaşdırılması, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı və oradakı ətraf mühitin sağlamlaşdırılması üçün bu ilin payızında Bakıda keçiriləcək COP29 əla fürsətdir. Hər şeydən öncə COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT kimi ali qurumun Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Həmçinin konfransın Bakıda təşkili BMT səviyyəsində ölkəmizdə siyasi və iqtisadi sabitliyin qəbulundan xəbər verir.

Müəllifin sözlərinə görə, COP29-un əsas üstünlüklərindən biri də odur ki, bu konfrans Azərbaycanın ekoloji siyasətlərinin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasına, geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsinə töhfədir.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə yaşıl enerji növlərinin yaradılmasına, dünya bazarına nəqlinə imkan verir. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasıdır. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir.

Məqalədə bildirilib ki, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırdı. İşğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səviyyəsi dərhal öyrənildi. Bu ehtiyatlardan istifadə Azərbaycanı “yaşıl enerji” istehsalçısına çevirəcək. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.

Müəllifin sözlərinə görə, bu il noyabrın 11-24-də Bakıda keçiriləcək COP29 tədbirlərində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərin iştirakı gözlənilir. Konfransla bağlı turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, turizm xidmətlərinin keyfiyyəti artırılacaq.

Məqalədə vurğulanır ki, COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq. Beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcək konfrans onun iqtisadi və siyasi gücünü daha da artıracaq.

Məqaləni aşağıdakı linkdən oxumaq olar:

//elalmelarby.com/?p=49843

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər