BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmaısndan 106 il ötür. 106 il öncə Azərbaycan xalqı çoxəsrlik tarixində dəfələrlə olduğu kimi azadlıq, müstəqillik uğurunda mübarizəyə başlamış və nəticədə 1918-ci il mayın 28-də xalqımız özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradılmasına nail olmuşdur. XX əsrin əvvəllərində dünyada yeni nizamın formalaşdığı tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi varlığını təsbit etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.  Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Ancaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti çox yasaya bilmədi, cəmi iki ilə yaxin müddət ərzində yasayıb, süqut etdi. Azərbaycan xalqı Xalq Cumhuriyyətinin qurucularının xatirəsini hər zaman dərin hörmət və ehtiramla yad edir. Onların əziz xatirəsini hörmətlə anırıq.

Bu fikirləri saytımıza açıqlamasında  Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki,1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmadığına görə xalqımız böyük faciələrlə üzləşmişdir. Xüsusilə vurğulamalıyıq ki, həm  Şərqi Zəngəzur, həm Qarabağ bu illərdə işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ulu Öndərin dediyi kimi, müstəqilliyi qorumaq, onu əldə etməkdən daha çətindir.

Əsl müstəqilliyin  dövlətin müstəqil siyasət apara bilməsi olduğunu vurğulayan milət vəkili Tamam Cəfərova bildirdi ki, Azərbaycan əsl müstəqilliyini məhz 1993-cü ildə- Ulu Öndər Heydər Əliyev xalqın  çağrışı ilə  yenidən hakimiyyətə gəldikdən sonra əldə etmişdir. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

  Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi və memarı, cənab Prezident İlham Əliyev isə bütöv Azərbaycanın banisi və memarıdır. Hər iki lider adlarını müstəqil Azərbaycanın tarixinə qızll hərflərlə yazıblar.  Bu gün Aəzrbaycan dünyada analoqu olmayan dinamik inkişaf nümayiş etdirir. Ölkədə bütün istiqamətlərdə davamlı və ardıcıl işlər görülür. Bunu xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında görə bilərik. Bütün dünya Azərbaycanın Qarabağda gördüyü qruculuq və bərpa işlərini heyranlıqla izləyir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilər 4 Lüksemburq və 1 Livanın ərazisinə bərabərdir, onda görülən işlərin həcmi daha da heyranlıq oyadır.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsində və antiterror əməiyyatları nəticəsində Azərbaycanın yaratdığı yeni reallıq regionun və dünyanın siyasi gündəliyini tamamilə dəyişdirmişdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün güc amili ön plandadır, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək, həm gücünü, həm də ləyaqətini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri dövlətçilik ənənələrinə sadiqlikdir. Bu baxımdan qeyd etməliyik ki, 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində və eləcə də dövlətçilik ənənələrinə sadiqlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Bir daha Müstəqillik Günü münasibətilə başda cənab Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla Azərbaycan xalqını təbrik edir, dövlət müstəqilliyimizin əbədi və əzəli olmasını arzu edirəm. Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər