BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Mina terrorunun qurbanlarının sayı artır. İki gün əvvəl minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi, bir nəfərin ayağının amputasiya olunması təəssüf doğurur. Bu, insanlıq faciəsidir və bu cinayətlərin məsuliyyəti Ermənistanın üzərinə düşür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib. Təsadüfi deyil ki, ötən ay Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında da işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən çox vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib.

Həmçinin dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.

Beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur.

"Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.

Ötən il iyunun 4-də Kəlbəcərdə media mənsubları da daxil olmaqla 3 nəfərin şəhid olması, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı Ermənistana heç bir tutarlı təzyiq olmadı. Səslənən bəyanatların heç birində Ermənistandan minalanmış ərazilərin xəritəsini vermək tələb olunmurdu. Halbuki jurnalistlərin peşə fəaliyyətini yerinə yetirdikləri zaman mina terrorunun qurbanı olması bütövlükdə dünya mediasına qarşı həyata keçirilən cinayət idi. Çünki bu ərazilərə beynəlxalq missiyaların, beynəlxalq KİV nümayəndələrinin də səfərləri nəzərdən keçirilir. Bu insanların da təhlükəsizliyilə bağlı narahatlığa əsas var. Statistikaya nəzər salsaq, 2020-ci il noyabrın 10-dan indiyə kimi mina terroru qurbanlarından 7-si hərbi qulluqçu, 32 nəfər isə mülki şəxsdir. Mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə K.Nurullayeva qeyd edib.

Deputat bildirib ki, beynəlxalq təşkilatlar bu hadisələrə təəssüflənməklə kifayətlənməməlidir. Ermənistan bərpa-quruculuq prosesinə mane olmaq üçün mina xəritələrinin verilməsində də riyakarlıq etdi.

Məlumdur ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını tutumunda mina basdırdığını etiraf etmişdi. Təbii ki, 17 yük maşını yalnız 1 hərbçinin etirafıdır. Bəzi rəsmi erməni dairələri minalanmış ərazilərin xəritəsinin olmadığını iddia edirdi. Məqsəd isə aydındır – postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını əngəlləmək.

“Azərbaycanın 2030-cu ilədək milli prioritetlər sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Qarabağda bərpa prosesi sistemli şəkildə davam edir. Ərazilərin minalardan təmizlənmə prosesi də aparılır”, - deyən deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.

 

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər