BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Bərpa-quruculuq işlərinə, həmçinin əhalinin doğma yurdlarına qayıtmasına ən böyük problem isə işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasıdır. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi qarış–qarış həyata keçirilir. Həmin ərazilərin relyefi minatəmizləyən texnikanın hər yerdə istifadəsinə imkan vermir. Bu da prosesin sürətlə aparılmasına mane olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Yalçın Hacızadə bildirib ki, işğaldan azad olunmuş ərazilərimiz ermənilərin plansız şəkildə və bir çox hallarda qadağan olunmuş minalardan istifadəsi nəticəsində təhlükəli yerə çevrilib. Ümumiyyətlə, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 oldu.

“Ərazilərimizin minalanması nəticəsində müharibədən sonra yüzlərlə vətəndaşımız həyatını itirib və ya xəsarət alıb. Ermənistan Ottava Konvensiyasını imzalamayıb. Amma bu o demək deyil ki, Ermənistanın belə hərəkətləri onun üçün məsuliyyət yaratmır. Müasir dövrdə ərazilərin minalanması müharibənin gedişində artıq əhəmiyyətli rol oynamır. Bunu müharibə zamanı müzəffər Azərbaycan Ordusu sübut etdi. Ermənistan tərəfindən torpağa milyonlarla mina basdırılsa da, qısa müddət ərzində Ordumuz ərazilərimizi işğaldan azad edə bildi. Çünki müasir müharibədə havada üstünlük əldə edə bilən tərəf qələbə qazanır. Yəni, külli miqdarda vəsait xərcləyib bütün ərazini minalamaq lazımsızdır. Ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətinə baxdıqda Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla Ermənistanın illik dövlət büdcəsinin 15 faizə qədəri deməkdir. Yəni, onlar dövlət büdcəsinin 15 faizə qədərini azad olunmuş ərazilərimizdə minaların basdırılmasına sərf ediblər. Səfalət içində olan ölkənin büdcəsinin böyük hissəsinin işğalın davam etdirilməsinə, insanlıq əleyhinə cinayətlərin törədilməsinə xərcləyən dövlətin məqsədi bəllidir”,-deyə Y.Hacızadə vurğulayıb.

Onun sözlərinə görə, müharibənin bitməsindən sonra Ermənistan artıq sülhyönümlü siyasət aparacağı, terror siyasətindən, işğalçılıq ambisiyalarından əl çəkəcəyi gözlənilirdi. Amma görünən odur ki, düşmən ölkə mahiyyətini dəyişmək istəmir. Bu gün özünü demokrat adlandıranlar 1905, 1918, 1948, 1953, 1988, 1992-ci illərdə azərbaycanlılara qarşı soyqırımı törədən Andranik Ozanyanlardan, Stepan Şaumyanlardan, Zori Balayanlardan, Monte Melkonyanlardan və ya sələfi olmuş Robert Köçəryan və Serj Sarksiyandan fərqlənmir. Deməli, ermənilər regionda sülhün yaranmasında, sivil dünyaya inteqrasiya olunmaqda, ədalətli cəmiyyətin qurulmasında, beynəlxalq kommunikasiya xətlərindən yararlanmaqda maraqlı deyillər. Ermənistan dövləti kimi, erməni cəmiyyəti də terror burulğanında boğulur. Onların terror hərəkətləri insanla yanaşı, təbiətə, tarixi abidələrə qarşıda də yönəlib. Belə ki, ermənilərin üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq azad edilmiş ərazilərimizdən çıxmaq əvəzinə, meşələri yandırdıqlarının, ağacları kəsdiklərinin, tarixi və mədəni abidələri məhv etdiklərinin də şahidi olmuşuq.

“Ermənistan regionda yaranmış yeni konfiqurasiyaların, beynəlxalq layihələrin iştirakçısı olmaq istəsə də, Azərbaycanın, beynəlxalq təşkilatların və regional əməkdaşlıqda maraqlı olan dövlətlərin sülhyaratma təklif və təşəbbüslərinə məhəl qoymur, hələ də təhlükəsizliyə təhdid olaraq qalır.

Ermənistan regionun ən zəif və coğrafi baxımdan əlverişsiz məkanda yerləşən ölkəsidir. Azərbaycanın daxili gücü, dövlətin strategiyası, dünyadakı nüfuzu, beynəlxalq təhlükəsizliyin təmin olunmasında artan rolu, regionun inkişafından, kommunikasiyasından, verdiyi üstünlüklərdən istifadə etmək istəyən ölkələrin təzyiqi və formalaşan yeni dünya düzəni Ermənistanı sülhə məcbur edəcəyini gözləmək olar”, - deyə Yalçın Hacızadə vurğulayıb.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər