BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı Azərbaycanın apardığı çoxşaxəli xarici siyasətin göstəricisi kimi mühüm əhəmiyyət kəsb edir. Toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edən dövlətimizin Başçısı Azərbaycanın enerji siyasətinə bir daha diqqət çəkərək, ölkəmizin bu sahədə qazandığı uğurları xüsusilə vurğulayıb. Qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir.  Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu siyasət nəticəsində enerji asılılığına son verməklə yanaşı, dünyada bu istiqamətdə aparıcı dövlətlərdən birinə çevrilməkdədir.  Azərbaycan bu istiqamətdə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.

Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O bildirib ki, bu gün Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar göz qabağındadır. Artıq Azərbaycan bu istiqamətdə böyük təcrübəyə sahib ölkə kimi bir çox beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu barədə cənab Prezident çıxışında xüsusilə qeyd edib ki, “20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi”.    Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur. İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Xüsusilə vurğulamalıyıq ki, Cənub Qaz Dəhlizinin istismara verildiyi üç ildir ki, artıq, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan və Avropa arasında  əməkdaşlığın inkişaf dinamikası qorunur. Bu haqda cənab Prezident çıxışında qeyd edib ki, “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq”.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərrbaycan dünyada etibarlı tərəfdaş kimi özünü sübut edib. Aydın məsələdir ki, idxaldan asılı olan ölkələr hər zaman özlərinə etibarlı tərəfdaş axtarırlar. Bu baxımdan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə dünyada özünə böyük nüfuz qazanmışdır. Artıq, bütün dünya bilir  və qəbul edir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərlidir. Son 30 ildə imzalanmış bütün müqavilələrin tam icra olunması, onların hamısının parlament tərəfindən ratifikasiya olunması və qanun şəklində imzalanması bunun əyani göstəricisidir.

Şübhəsiz ki, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm bir istiqamətidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyanın aparıcı dövlətlərindən birinə çevilməkdədir.

“Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı bütövlükdə Azərbaycana və onun Liderinə xüsusi hörmət və münasibətlə yadda qaldı deyə bilərik.  Cənab Prezident İlham Əliyevlə ikitərəfli görüş üçün müraciətlər və keçirilən görüşlərin məzmunu dövlət Başçımıza göstərilən xüsusi münaisbətin bariz nümunəsidir.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər