BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində Neftçala rayonu Bankə qəsəbəsində seçiciləri ilə daha bir görüş keçirib. Əvvəlcə görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.


Newscenter.az xəbər verir ki, Susana Məmmədova seçicilərinə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər, Neftçalanın inkişafı istiqamətində müvafiq dövlət qurumları ilə birlikdə atacağı addımlar barədə məlumat verib. Cəmiyyəti, xüsusilə gənclərimizi narahat edən işsizlik, asudə vaxtın səmərəli təşkili istiqamətində də bu sahələrin məsul qurumları ilə səmərəli əməkdaşlıq nəticəsində tədbirlər həyata keçirəcəyini diqqətə çatdıran Susana Məmmədova deputatlığa namizədliyini irəli sürməsinin təməlində də məhz sadaladığı problemlərin dayandığını diqqətə çatdırıb:


"Düzü Neftçalanın hazırkı vəziyyəti məni çox məyus edir. Bir vaxtlar şəhər olan, adı dillər əzbərinə çevrilən Neftçalada bu gün vəziyyət heç də ürəkaçan deyil. Düzdür, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, quruculuq-abadlıq işləri Neftçaladan da yan keçməyib. Ancaq bütün bunlara baxmayaraq hələ doğma rayonumuzda çoxsaylı problemlər qalmaqdadır. Deputatlığa namizədliyimi irəli sürməkdə də məqsədim məhz həmin problemlərin həllinə dəstək olmaq, müvafiq dövlət qurumları ilə birgə Neftçalamızı dirçəltmək, inkişaf etdirməkdir. Əminəm ki, sentyabrın 1-də keçiriləcək səsvermədə mənə dəstək verib, etimad göstərib Neftçalamızın inkişafına, xoşbəxt gələcəyinə səs verəcəksiniz".


Deputatlığa namizəd onu da diqqətə çatdırıb ki, bir neftçalalı olaraq rayonun problemlərindən kifayət qədər məlumatlıdır, müntəzəm olaraq rayonda keçirdiyi xeyriyyə tədbirləri zamanı həmin problemlərin şahidi olub, onları ümumiləşdirərək platformasında qeyd edib:

"Məlumat üçün qeyd edim ki, 5 ildir şəxsi vəsaitim, eləcə də dostlarımın, yaxın çevrəmin dəstəyi ilə rayonda xeyriyyə tədbirləri keçirir, aztəminatlı ailələrə dəstək oluram. Deməyim odur ki, mən deputatlığa namizədliyimi irəli sürmədən əvvəl də insanlarımızla sıx ünsiyyətdə olub onların problıemlərinin həllinə çalışmışam. Deputat seçiləcəyim təqdirdə isə təbii ki, görəcəyim işlərin əhatə dairəsi daha da genişlənəcək. Bir sözlə hər bir neftçalalının səsi olacam. Buna əmin ola bilərsiniz".


Sonda Susana Məmmədova hər kəsi sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal olmağa çağırıb və seçicilərindən dəstək istəyib.

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədovanın təblğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər