BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici  siyasəti nəticəsində Azərbaycanın dünyanın bir çox ölkələri ilə yanaşı Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələri sürətlə inkişaf edir. Ölkə Başçısının Özbəkistana növbəti səfərini ölkələrimiz arasında tarixdən gələn dostluq, qardaşlıq münasibətlərinin əyani təzühürü kimi qiymətləndirə bilərik.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
O bildirib ki, Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verir. Regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, sözü və əməli bir olan Azərbaycanın bölgəmizdə sülhün bərqərar olması üçün verdiyi təkliflər dünyanın aparıcı beynəlxalq təşkilatları və supergücləri tərəfindən qəbul edilir. Bu, həmçinin, ölkəmizin regionun lider dövləti olduğu həqiqətini də ortaya qoyur. Bütün bu amillər Azərbaycan ilə müxtəlif ölkələr, eləcə də, Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.Bu baxımdan deməliyik ki, Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Özbəkistana səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca önəmlidir.  Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri  Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzhürü olmaqla yanaşı, ölkələrimiz arasında etibarlı münaisbətlərin göstəricisidir.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. Xüsusilə, qeyd etməliyik ki, Azərbaycan və Özbəkistan dövlət  müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək, inkişaf etmişdir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 
Xüsusilə vurğulamalıyıq ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə ölkəmizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu.
Qeyd edək ki, Prezident İlham Əliyev Özbəkistanın işgüzar dairələrin nümayəndələri ilə görüşü zamanı biznes strukturlarının siyasi konyunkturaya çox həssas reaksiya verdiyini və Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunkturanın heç bir yerdə mövcud olmadığını qeyd edib. Əlbəttə bu amil hər iki ölkənin iş adamlarını birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən mühüm faktorlardan biridir. Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərini əhatə edən 15 adda sənəd imzalanıb.
Bir daha vurğulamalıyıq ki, eyni soykökə malik Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə bağlılıq fonunda dövrün reallıqlarına uyğun olaraq inkişaf edir. Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir. 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər