BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

1 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizəd Susana Məmmədova siyasi mədəniyyət nümayiş etdirərək seçkidə qələbə qazanan Azərbaycan-Türkiyə Evinin rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlını təbrik etmək etmək üçün onun Neftçala şəhərindəki qərargahını ziyarət edib. 

 Tənzilə Rüstəmxanlının seçki qərargahının üzvləri nümayiş etdirdiyi siyasi mədəniyyətə görə Susana Məmmədovanı alqışlarla qarşılayıblar. 


Görüşdə çıxış edən Tənzilə Rüstəmxanlı siyasi mədəniyyət nümayiş etdirdiyi üçün Susana Məmmədovaya təşəkkür edib. O bildirib ki, hər zaman qardaş Türkiyədə seçkilərdən sonrakı proseslərə nəzər yetirdikdə namizədlərin siyasi mədəniyyət nümayiş etdirdiyini heyranlıqla izləyib və Azərbaycanda da eyni tendensiyanın təkrarlanmasını arzulayıb:

“Çox şükürlər olsun ki, artıq Azərbaycanda da siyasi mədəniyyət formalaşır və bu gün biz bunu Susana xanımının timsalında gördük. Buna görə bir daha Sizə dərindən təşəkkürümü bildirirəm”.


Seçki dönəmində bəzi namizədlər tərəfindən çox haqsızlıqlar, yalan, böhtan, iftiralarla üzləşdiyini deyən Tənzilə Rüstəmxanlı, Susana Məmmədovanın isə bütün bu intriqalar, qarayaxma kampaniyasından uzaq olduğunu və sağlam bir mübarizə apardığını diqqətə çatdırıb:

“Hətta seçki ərəfəsində mənə məlumat verdilər ki, seçki lövhələrindən birində mənim şəklimi kimsə cırıb. Ancaq həmin vaxt orada olan Susana xanımın nümayəndəsi həmin şəkili yenidən yerinə yapışdırıb. Budur siyasi mədəniyyət, budur əxlaq, budur sağlam seçki mübarizəsi”.

Sonra çıxış edən Susana Məmmədova əvvəlcə qələbə münasibətilə Tənzilə Rüstəmxanlını təbrik edib. Ona qanunvericilik fəaliyyətində uğurlar arzulayıb:


“Mənim üçün bir təcrübə, eyni zamanda qürur idi ki, Tənzilə xanım kimi ziyalı, vətənpərvər bir xanımla seçki mübarizəsinə qoşulum, onunla rəqib olum. Mən ilk gündən bu mübarizəyə sağlam formada, bütün intriqalardan kənar qalmaqla qoşuldum. Çünki bu bir siyasi mübarizədir. Bu mübarizəni elə aparmalıyıq ki, sabah üz-üzə gələndə utanmayaq, bir-birimizdən kənar qaçmayaq. Tənzilə Rüstəmxanlı da məhz eyni prinsiplərdən mübarizə aparıb seçkinin qalibi olduğu üçün onu təbrik etməyi özümə borc bildim. Bir daha Sizi qələbə münasibətilə ürəkdən təbrik edir, qanunvericilik fəaliyyətində uğurlar arzulayıram”.

Gecənin ikinci yarısının sürpriz qonağı isə Neftçaladan digər namizəd Qəhrəman Tahirov olub. O, Tənzilə Rüstəmxanlının seçki qərargahına gələrək, qalibi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.



 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər