BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Ermənistan separatçılıq və işğalçılıq mövqeyində dəyişməz olaraq qalır. Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra kapitulyant Ermənistan üzərinə öhdəliklər götürmüşdü. Lakin bu vaxta kimi Ermənistan tərəfindən heç bir öhdəlik yerinə yetirilməyib". Bu fikirləri "Xeber7" saytına YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

YAP rəsmisi deyib ki, 2020-ci ilin 10 noyabrında bağlanan üçtərəfli Bəyannamənin heç bir bəndi Ermənistan tərəfindən icra edilmir: "Biz yalnız Ermənistan tərəfindən mənfi məqamların, təxribatların, separatçılıq əməllərinin artığını müşahidə edirik. Erməni silahlı qüvvələri hələ də Qarabağdan çıxarılmayıb, baxmayaraq bununla bağlı rəsmi şəkildə Ermənistanın siyasi rəhbərliyi bir neçə dəfə ssimulyasiya xarakterli açıqlama verib. Azərbaycan erməni silahlı birləşmələrinin öz ərazisində qalması ilə barışa bilməz, bu, tamamilə qəbuledilməzdir. Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İlin 6 aylıq müşavirəsində Prezident İlham Əliyev "Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq?" deyərək bu məsələyə xüsusi olaraq toxundu. Bu fikirlə cənab Prezident bir növ Ermənistana xəbərdarlıq etmişdi. Lakin erməni tərəfi yenə də öz separatçılığından əl çəmirdi.

Ermənistanın 10 noyabr Bəyannaməsini kobudcasına pozmasının cavabını Azərbaycan Ordusu ötən gün "Qisas" əməliyyatı ilə verdi. Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində

Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin seperatçılıq əməllərinin qarşısı alındı. Artıq “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri Azərbaycan Ordusunun nəzarətinə götürüb. Hazırda bu mövqelərdə möhkəmləndirmə işləri aparılır".

Asif Əsgərli Azərbaycan ərazilərində qanunsuz erməni birləşmələrinin mövcudluğun təhlükə mənbəyi olduğunu qeyd edib: "Ermənistan qoşunları və qanunsuz erməni silahlı yaraqlıları Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan anti-terror əməliyyatları keçirərək təxribatçıları öz ərazisindən çıxaracaq. Necə ki, avqustun 3-də biz bunun bir daha şahidi olduq. Müzəffər Azərbaycan Ordusu erməni tərəfinə növbəti dəfə Dəmir Yumruqla zərbəsini endirdi. Bu, Ermənistana növbəti mesaj idi: istənilən təxribatın qarşısı daha da ağır olacaq. "Fərrux", "Qisas" əməliyyatlarından sonra yəqin ki, yekun anti-terror təmizləmə əməliyyatının adı da "Son" olacaqdır. 

Ermənistan 44 günlük Vətən müharibəsi zamanı öz dərsini almayıb. Bu ölkə sülhə yönəlik heç bir addım atmaq istəmir. Çünki Ermənistan öz mövqeyini daxili olaraq müyyənləşdirə bilmir. Ona görə xarici havadarlarının sifarişi ilə daimi Cənbi Qafqazda sabitliyi pozmağa çalışır. Azərbaycan isə hər zaman sülhün tərəfdarı olub. Bu gün Azərbaycan region ölkələri ilə ikitərəfl və üçtərəfli münasibətlərdə daimi sülh üçün çalışır. Ermənistan isə regionda sülh üçün atılan addlmlara qarşı separatçılıq edir. Amma bunun da cəzasın çəkir. Artıq beynəlxalq aləmdə Ermənistanla bağlı terror, separatçı ölkə imici formalaşmaqdadır".

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər