BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucalmasından bir il ötür. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi idi. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsi idi. Cənab Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə hər gün bu müqəddəs məqsədə doğri yaxınlaşırdı. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən dövrdəki fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

Xatırladaq ki, yüz il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu tarixi saxtakarlıq idi. Ötən dövr ərzində Azərbaycan xalqı bir çox faciələrlə üzləşdi, bir çox mürəkkəb situasiyalar qarşısında təkbaşına mübarizə aparmalı oldu. Tarixdən dərs çıxarmalı və tarixi düzgün qiymətləndirməliyik. 60-cı illərdən üzü bu yana xalqımızın Ümummilli Lider Heydər ƏLiyev kimi bir hamisi, lideri var idi. Azərbaycan xalqı həmin dövrü yaxşı xatırlayır. Hamımız yaxşı xatırlayırıq ki, 1969-1982-ci illərdə Azərbaycanın tarixi torpaqlarında heç bir xoşagəlməz hadisə baş verməmiş, xalqımız firavan və əmin-amanlıq mühitində yaşayıb. 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ Fransanın bir qəzetində qaldırılmışdı. Göründüyü kimi hədisələr, şəxslər dəyişsə də bəzi şeylər olduğu kimi qalır. Yenə də Fransa, yenə də eyni saxtakarlıq, eyni riyakarlıq. Bütün bunlara baxmayaraq, yenə də Heydər Əliyev dühası və onun xilaskarlıq missiyası sayəsində Azərbaycan xalqı xoşbəxt, şərəfli, ləyaqətli gələcəyə doğru ilk addımlarını atdı. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Bu gün Azərbaycan bayrağı Xankəndidə dalğalanır, dövlət gerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanın fasadını bəzəyir. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər tariximizə qızıl hərflərlə yazılan bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xankəndidə və işğaldan azad olunan bütün ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bir vaxtlar Xankəndidə oturub özünü müxtəlif vəzifələrə təyin edən Bakıda çay içəcəyini deyən təlxəklər indi Bakıda istintaqtəcridxansında çay içirlər. Bir vaxtlar kinayə ilə Azərbaycan,Bayrağını Xankəndidə qaldırmaq istəyirsə səfirlik açsın deyən təlxək “xarici işlər naziri” də başqa bir təcridxanada çay içir.

Millət vəkili Tamam Cəfərova bir məqama da xüsusilə diqqət çəkib. O, bildirib ki, Cənab Prezidentin Liderliyi, Sərkərdəliyi və Azərbaycanın qəhrəman oğulları xalqımıza əbədi və əvəzolunmaz qürur ərmağan etdilər. Azərbaycan xalqı bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq, qoruyub saxlamalıdır. Şübhəsiz ki, gələcək nəsillər  bu şanlı tarixi fəxrlə öyrənəcəklər. Böyük qürur və şükranlıqla qeyd etməliyik ki, bu şanlı tarixin Sərkərdəsi, Ali Baş Komandanı, Lideri İlham Əliyevdir. Və biz xoşbəxt xalqıq ki, İlham Əliyevin Liderliyi altında bu şanlı tarixin şahidləriyik.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər