BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Füzuli şəhərinin azad olunması günü 27 il gözlənilən bir tarixdir
Füzuli rayonu Azərbaycanın dağ rayonlarından hesab olunur. Rayonun özünəməxsus gözəlliyi var. Bu rayon da sovet dövründə əhalisinin zəhmətkeşliyi baxımından seçilib. Həmçinin rayon aqar sahədə məhsuldarlığı ilə öndə olub. Rayonda tarixi, dini abidələr var. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 km². Çox təəssüf ki, 1993-cü ilin 23 avqustunda Füzuli rayonu da erməni işğalına məruz qaldı. Füzulililər öz rayonlarını qəhrəmancasına qorudular. Rayon sakinləri və Azərbaycan ordusu Füzuli rayonunu ermənilərə verməyəcəkdilər. Lakin o zaman ordudakı parakəndəçilik Füzuli rayonunun əldən getməsinə səbəb oldu. Rayon sakinləri 27 il ərzində Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmalı oldular. Lakin Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan Qarabağ məsələsi ilə bağlı əsas fəaliyyət göstərmişdir. Əlbəttə ki, 1994-cü ildə əsas məsələ Ermənistan-Azərbaycan arasında atəşkəs elan edilməsi oldu. Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzulililərin bir qismi işğaldan azad olunan həmin bu ərazidə məskunlaşmışdılar.
 Lakin rayon əhalisi torpalarımızn tam olaraq azad olunmasının gözləyidilər. 27 il sonra Azərbaycan ordusu füzulililərin bu həsrətinə son qoydu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Rayonun işğaldan azad olunması xəbərini Ali Baş Komandan İlham Əliyev çox böyük qürur hissi ilə xaqlımıza xəbər vermişdir. 
Füzuli uğrunda döyüşənlərin xatırlanması və onların qiymətləndirilməsi vacibdir. Azərbaycan dövləti Füzuli uğrunda döyüşənlərin, şucaət göstərənlərin qəhrəmanlığını çox yüksək qiymət verir. Bildiyimiz kimi, “Füzulinin azad olmasına görə” medal təsis olunmuşdur.   2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Füzuli uğrunda kimlər döyüşübsə, onların hamısı medallarla təltif olunmuşdur. Bu, Azərbaycan dövlətinin öz hərbçisinə, öz ordusuna verdiyi qiymətin bariz nümunəsidir. Çünki o insanlar torpaq, Füzuli yolunda canlarını fəda ediblər. Medal alanların arasında həm şəhid olanlar var, həm də yaşayan qazilər var. Füzuli uğrunda döyüşənlərin heç birisi diqqətdən kənarda qalmamışdır və bu, həm də döyüşən ordumuza, əsgərlərimizə verilən bir mənəvi dəstəkdir. Bu medala baxanda Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqətə görə fəxr edirlər. Bu medalın təqdim olunması ilə dövlətimiz hər bir əsgərə və hərbiçəyə dəyər vermiş olur. Ümumiyyətlə, medal təqdimatı hər bir əsgərin və hərbiçinin dəyərini simvollaşdırır.
 Onu da qeyd edək ki, artıq ötən ildən işğaldakı rayonların işğaldan azadolunması günləri keçirilir, o cümlədən Füzuli şəhəri günü də qeyd olunur. Belə ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Bu gün bütün Azərbaycan xalqı üçün, xüsusən füzulililər üçün çox əlamətdar gündür. Çünki 30 ilə yaxın biz, xüsusən füzulililər öz torpaqlarının azad olunduğu günü gözləyiblər. 17 oktyabr 2020-ci ilə kimi füzulililər Füzulinin işğal gününü hüzn günü kimi qeyd edirdilər, şəhidlərimizi anırdılar. Amma artıq Füzulinin işğaldan azad olunan günü olur. Düzdür, həmin gün də yenə də Füzuli uğrunda döyüşənlər, şəhidlər yad olunur. Amma bu anım da həm də qürur var, çünki o döyüşənlər, şəhidlər Füzuliyə qələbə gətiriblər. Füzuli şəhəri Günü həm də Azərbaycanın, ümumiyyətlə, qələbəsi günüdür və bu da qələbəmizin əbədləşdirilməsinin bir nümunəsidir. Azərbaycan dövləti bu qələbəni əbədləşdirməklə həm də gələcək nəsillərə öz ordusunun, xaqlqının qəhrəmanlığını göstərir. Çünki artıq heç kim inanmırdı ki, bu torpaqlar işğaldan azad olunacaq. Hətta beynəlxalq birlik bu torpaqları müxtəlif yollarla azərbaycanlılara unutturmağa çalışırdılar. Bununla bağlı bir sıra ikili standartlara xidmət edən layihələr də keçirilirdi. Ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı heç bir halda işğalla barışmırdı. Cənab Prezident dəfələrlə beynəlxalq tribunalarda çıxışlarında demişdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq və belə də oldu. Ordumuzun böyük şücaəti nəticəsində Füzuli rayonu kimi digər rayonlarımız da, yəni 20% torpaqlarımız işğaldan azad olundu. Bu gün Füzuli rayonunun yeni inkişaf dövrü başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri bu rayonda yeni tikililərin açılışı ilə yadda qalır. Dövlətimizin başçısı mütəmadi olaraq Füzuli sakinləri ilə görüşür və onları dinləyir. Cənab Prezidentin  ötən ilin oktyabrın 17-də ilk “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü xüsusi əhəmiyyətə mailkdir.   
 Füzuli şəhərinin azad olunması günü, 27 il gözlənilən bir tarixdir. 17 oktyabr 2020-ci il, Füzulun işğal gününü anmaqdan, azad olunma gününə keçid edir. Füzulinin işğaldan azad olunması gün, Azərbaycan xalqının qələbəsinin simvoludur. Bu qələbə, gələcək nəsillərə ordunun və xalqın qəhrəmanlığını göstərir. Azərbaycan dövləti, işğalla barışmamaq prinsipini daima qoruyur və bu, ordumuzun şücaəti sayəsində mümkün olmuşdur.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər