BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ramiz Məmmədov: “Bizim üçün ən sevindirici hal Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi oldu”

Xəbər verildiyi kimi, oktyabrın 23-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirak etmək üçün RF Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlətimizin başçısının belə bir mötəbər tədbirdə iştirak etməsi üçün Kazanda olması Tatarıstandakı diasporumuz tərəfindən də çox böyük sevinclə qarşılanıb. Bununla bağlı Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri, yerli bələdiyyə dairəsinin deputatı Ramiz Məmmədov öz fikirlərini “Diaspornews.az”a açıqlayıb.

image-6067f8fa-8ddb-4422-87f1-c75707db013a

Ramiz Məmmədov bildirib ki, Prezident İlham Əliyevə Kazanda xüsusi diqqətin göstərilməsi hər bir soydaşımızı qürurlandırıb: “Biz bu diqqəti hələ ilk olaraq cənab Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlərin müşayiət etməsi və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun şəxsən onu qarşılamasında gördük. Prezident İlham Əliyev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşdə özünün dediyi kimi qardaş torpağa qonaq gəlib. Bizim üçün ən sevindirici hal Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi oldu. Bu, cənab Prezidentin Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin inkişafına, dostluq və qardaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəsinin ali dərəcədə qiymətləndirilməsidir”.

Kazanda keçirilən BRICS sammiti haqqında da danışan Ramiz Məmmədov bu tədbirin qlobal əhəmiyyətini vurğulayıb: “Kazandakı BRICS sammitində Rusiyanın ən yaxın qonşuları və dost ölkələri iştirak edirdi. Məqsəd onları vahid təşkilatda bir araya gətirməkdir. Sammitdə dünya ictimaiyyətini ən çox narahat edən məsələlərə baxıldı. Bura davamlı inkişaf, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizm və transsərhəd cinayətlərlə mübarizə daxildir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dediyi kimi, BRICS üzvləri üçün bütün bu mövzuları Qlobal Cənub və Şərq ölkələrinin həmfikirləri ilə müzakirə etmək çox önəmlidir. Azərbaycan da BRICS çərçivəsində müzakirə edilmiş qeyd olunan mövzulara qlobal olaraq daima öz töhfəsini verir. Prezident İlham Əliyev sammitin ilk plenar icalasında çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu deyərək mövqeyini bildirib. İnanırıq ki, bu sammitin regional və qlobal gündəmdəki aktual problemlərin həllinə mühüm töhfəsi olacaq. BRICS -in nüfuzu və rolu ildən-ilə artmaqdadır. Burada dövlətlərin qarşılıqlı hörmət və bir-birinin maraqları mütləq şəkildə nəzərə alınır. Sammitdə də dövlət rəsmiləri işçi forumlarda fəal iştirak edib, faydalı təşəbbüslər irəli sürüblər. Bu baxımdan Kazan sammit uğurla yekunlaşıb. Bunu aparılan müzakirələrin sonunda BRICS Kazan Bəyannaməsinin təsdiq edilməsi bir daha göstərir”.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər