BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi istiqamətində cənab  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edirəm.Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir: “Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunu deyən millət vəkili Tamam Cəfərova vurğulayıb ki, Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Millət vəkili bildirib ki, Qubadlının yeni inkişaf tarixi başlanıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər;

Bunlarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb

Artıq Qubadlı azaddır. Döyüş meydanında müzəffər ordumuz bütün şəhidlərimizin qisasını alıb. İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Bir daha tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər