BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirəndə əsas hədəflərdən biri də Qubadlı idi. Ermənistanla sərhəddə yerləşən Şərqi Zəngəzurun bu rayonu Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri oldu. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələri Eyvazlı kəndinə hücum edərkən 1 nəfər öldürüldü, kənd tamamilə yandırıldı. Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndləri işğal edildi. Bununla da İrəvan-Meğri şosesi Ermənistanın əlinə keçdi. Bu hücumlar 1993-cü il avqustun 31-dək davam etdi. Sonda işğal olunan rayonun otuz minə yaxın sakini doğma torpaqlarından didərgin salındı. İyirmi yeddi il ərzində Qubadlı ermənilər tərəfindən talandı, bütün sərvətləri xarici ölkələrə satıldı. Bu azmış kimi Ermənistan xaricdə yaşayan erməniləri şirin vədlərlə aldadaraq Xanlıqda onlar üçün qəsəbə salmışdı. Dövlətimiz, xalqımız, qubadlılılar heç zaman tarixi torpağımızın işğalı ilə barışmadı, ərazilərimizin azad olunması üçün birlik, iradə nümayiş etdirdilər. Bu birliyin, iradənin nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı ordumuz tərəfindən azad olundu.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi dövründə - oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı olub: “Ermənilər Qubadlını güclü istehkamlarla, çoxsaylı hərbi birləşmələrə mühafizə edirdilər. Bilirdilər ki, Qubadlını azad edəndən sonra Azərbaycan Ordusu cənubdakı əməliyyatları başa çatdırıb, Şuşa və Laçına doğru irəliləyəcək. Ordumuz Qubadlının azad olunması əməliyyatı zamanı da yüksək peşəkarlıq nümayiş etdirdi. Hakim olan yüksəkliklər, ətrafdakı kəndlər, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri nəzarətə götürüləndən sonra strateji yüksəkliklər ələ keçirilib. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri düşməndən tam təmizlədilər.

Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verdi.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu bu medal ilə təltif edilib.

Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.

Beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşən Qubadlı strateji logistik əhəmiyyətə malikdir. Qubadlı Kəlbəcər və Zəngilanın istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması, Qubadlıda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Qubadlıda şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin simasını təşkil edəcək”.

Mehriban Vəliyeva qeyd edib ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı çox aydın, real proqram mövcuddur: “Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. İranla sərhəddə - hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün “Qubadlı” gömrük postu qurulub. Xudafərin‒Qubadlı‒Laçın yolunun tikintisi üçün büdcədən 20 milyon manat ayrılıb. Ali Baş Komandan İlham Əliyev Qubadlıya səfərlər edib. Dövlətimizin başçısı hər səfərində yeni tikililərin təməlini qoyub, açılışlarını edib, görüləcək işlərlə bağlı yerli nümayəndəliklərə müvafiq tapşırıqlar verib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar”.

Deputat vurğulayıb ki, 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda Azərbaycan Bayrağını ucaldarkən etdiyi bu tarixi çıxış heç vaxt unudulmayacaq: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

“Artıq dörd ildir həyatın yenidən canlandığı Qubadlı çox xoşbəxt və parlaq görünür”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər