BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq”

 Rusiya özünün dost və müttəfiq ölkələrini oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinə toplamışdı. Burada BRICS ilə daha sıx tərəfdaşlıq qurmaqda maraqlı olan və hətta gələcəkdə assosiasiyaya üzvlük imkanlarını nəzərdən keçirən dövlətlərin liderləri iştirak edirdi. Sammitdə BRICS -ə üzv ölkələrin iclasları məhdud və geniş formatda keçirilib. Ənənəyə uyğun olaraq, görüş “Outreach”/“BRICS+” formatında keçirilib. Bu format özünü yaxşı sübut edib və artıq assosiasiya üzvləri arasında Qlobal Cənub və Şərq ölkələrinə birbaşa və açıq dialoq imkanı yaradır. Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar.

Kazanda BRICS Sammi çərçivəsində dəyirmi masa arxasında Avropa, Asiya, Afrika və Latın Amerikası dövlətləri təmsil olunub. Orada sammitin gündəliyinə beynəlxaq ictimaiyyəti ən çox narahat edən məsələlər daxil idi. Çıxışlarda əsasən davamlı inkişaf, yoxsulluğun azaldılması, iqlim dəyişikliyi, İKT və təhsil mübadiləsi, terrorizm və transsərhəd cinayətlərlə mübarizə məsələlərinə toxunulub.

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak edib. Hər şeydən əvvəl Prezident İlham Əliyevə Kazanda xüsusi diqqətin göstərilməsi xüsusi qeyd edilməlidir. Bu, Tatarstandakı soydaşlarımızı da qürurlandırıb. Bundan başqa Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi də fəxr olunası haldır.

Sammitin işinə gəlincə, cənab Prezident Kazanda “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında gündəliyə çıxarılan bütün məsələləri əhatə edəcək çıxış edib. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinə önəm verildiyini vurğulayıb: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”. Bu gün bütün dövlətlər oxşar istəkləri, dəyərləri və bütün mədəni və sivilizasiya müxtəlifliyini əks etdirən yeni demokratik dünya düzəninə baxışı bölüşürlər. Belə bir dünya nizamı ölkələrin və xalqların qanuni maraqlarına və suveren seçiminə hörmət, beynəlxalq hüquq normalarına riayət və qarşılıqlı faydalı, vicdanlı əməkdaşlıq ruhu kimi universal prinsiplərə əsaslanmalıdır. Ümumi olaraq Azərbaycan dövləti hansı təşklata üzv olub-olmamasına baxmayaraq, atdığı addımlar və təşəbbüskarlığı ilə beynəlxalq münasibətlərin inkişafına töhfə verir. Bu baxımdan da Azərbaycanın uğurlu təcrübəsi digər dövlətlər tərəfindən yüksək qiymətləndirilir.

Qərb ədalətli dünya nizamına keçidə mane olur. Bir sıra Qərb ölkələrinin hökmranlıq məntiqi ilə düşünüb hərəkət etməsi ədalətli dünya nizamının formalaşmasına imkan vermir. Bununla da rəqib olaraq Afrika, Asiya və Latın Amerikası ölkələrinin müstəqil, nəzarətsiz inkişafının qarşısını almaq üçün ictimai-siyasi cəhdlər edilir.

Sammitdə Yaxın Şərqdə gərginləşmiş vəziyyətə xüsusi diqqət yetirməklə, əsas beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin BRICS iştirakçıları ilə Qlobal Cənub və Şərq ölkələri arasında inklüziv davamlı inkişaf maraqları naminə qarşılıqlı fəaliyyət perspektivlərini nəzərdən keçirilib.

BRICS dövlətləri ilə Azərbaycan daha yaxşı dünya qurmaq üçün inklüziv və davamlı inkişafı təşviq etmək üçün Qlobal Cənub və Şərq ölkələri ilə birgə işləməyə açıqdır. Bu baxımdan hər bir dövlətin fikir və mənafeləri nəzərə alınır. Bu, Azərbaycan üçün də əlverişli ticarət imkanları yaradır. Buna görə də cənab Prezident sammitdə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçidiyini xatırladıb: “Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.

Qeyd edək ki, Azərbaycan qlobal iqlim prosesində ən fəal şəkildə iştirak etməyə çalışır. Ölkəmiz istixana qazlarının tullantılarının azaldılmasına görə öhdəlik götürüb. Azərbaycanın enerji balansı dünyada ən yaşıl ölkələrdən biridir. Bu il ölkəmizdə bu məsələ daha çox gündəmdədir. Xüsusən COP29 beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal iqlim dəyişikliyi probleminin həllinə töhfəsi olacaq. Bu hadqa Prezident İlham Əliyev Kazandakı çıxışında xüsusu danışıb: “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”. Onu da deyək ki, sammitin sonunda aktual problemlərin həllinə töhfə verəcək Kazan Bəyannaməsi qəbul olunub. Bu, gələcəyə yönəlmiş müsbət gündəliyə malik hərtərəfli konseptual sənəddir. Yeri gəlmişkən, BRICS ölkələri BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inandıqlarını ifadə ediblər. Bu barədə BRICS-in Kazanda keçirilən XVI sammitinin yekunlarına dair Bəyannamədə bildirilib. “Biz COP29-un Azərbaycanda uğurla həyata keçirilməsinə sadiq olduğumuzu bildiririk. COP29-dan inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqlim maliyyələşməsi sahəsində məzmunlu nəticələr gözləyirik”, - deyə bəyannamədə qeyd olunub.

Əlbəttə ki, Rusiya BRICS-in yeni üzvlərinin mümkün qədər tez və üzvi şəkildə qoşulması üçün əlindən gələni edir. Bunun regional və qlobal olaraq əhəmiyyəti gələcəkdə atılacaq praktik addımlarda özünü göstərəcək. Ümumi olaraq Kazan Sammiti göstərdi ki, BRICS -də işləmək və nəticə əldə etmək mümkündür. Çünki bu təşkilatda qarşılıqlı hörmət və bir-birinin maraqlarının mütləq nəzərə alınması məsələsinə xüsusi diqqət olunur.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər