BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Hər bir Azərbaycan əsgəri dəyərlidir və heç birinin qanı əsla yerdə qalmayacaq. Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur öz cəzasını alacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, məsələnin hüquqi tərəfinə gəldikdə, Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatıdır. Terrorçu Ermənistan dövləti bu günə qədər 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik, Bəyanatın 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun əyani sübutudur. Bu, özlüyündə siyasi-diplomatik təxribatdır.

"Bəyanatda Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq suveren ərazilərimizdə bu günə qədər hələ də erməni silahlı quldurları var. Üstəlik, sülhməramlıların arxasında gizlənərək Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Avqustun 3-də keçirilən "Qisas" əməliyyatı da buna xidmət edirdi. Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli Bəyanatda öz əksini tapıb”, - deyə H.Babaoğlu vurğulayıb.Deputat qeyd edib ki, üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur.Azərbaycanın öz ərazisində bütün hüquqlarını tətbiq edəcəyini diqqətə çatdıran Hikmət Babaoğlu deyib: "Buna qarşı çıxanları yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır.Düşmən qırx dörd günlük müharibənin dərslərini unutmamalıdır. Əks təqdirdə, yeni faciələrə hazır olmalıdır".

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər