BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Wyndham Tashkent” otelində Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirib.

Tədbirdə Özbəkistan Xarici işlər nazirinin müavini Batır Usmanov, parlamentin üzvləri, hökumət nümayəndələri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, Azərbaycan diasporunun üzvləri iştirak edib.

Əvvəl iştirakçılar otelin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş fotosərgiyə baxıblar.

Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları salamlayaraq Zəfər Günü haqqında ətraflı məlumat verib. Səfir deyib ki, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bizim üçün həm də milli qürur, qəhrəmanlıq və yenilməzlik simvoludur. 30 ilə yaxın Qarabağ və ona bitişik rayonlar işğal altında qalıb. Bununla belə ordumuzun şücaəti və xalqımızın qətiyyəti sayəsində biz öz torpaqlarımızı qaytardıq və tarixi ədaləti bərpa etdik. Zəfər Günü bir daha sübut edir ki, Azərbaycan torpaqlarını, şəhər və kəndələrimizi, alınmaz qala olan Şuşamızı qanı, canı bahasına qaytaran igid oğullarımızın qanı yerdə qalmayııb, Vətən uğrunda canını fəda edən igidlər daim qəlbimizdə yaşayacaq.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüksək professionallıq və qətiyyət göstərdi, məhz onun rəhbərliyi ilə biz qələbə çaldıq, ərazi bütövlüyümüzü bərpa etdik, Azərbaycanın əvvəlki şöhrətini qaytardıq.

H.Quliyev deyib:-İşğaldan azad etdiyimiz torpaqlara gələn xarici jurnalistlər və qonaqlar Ağdamı Azərbaycanın Xirosiması adlandırıb. Azərbaycan dəfələrlə UNESCO nümayəndələrini Qarabağa dəvət edib ki, onlar Azərbaycanın ermənilər tərəfindən dağıdılan mədəni irsini, vəhşi düşmən münasibətini öz gözləri ilə görsünlər. Dəfələrlə müraciət etməyimizə baxmayaraq UNESCO Qarabağa nümayəndələr göndərməyib. İşğala qədər Qarabağ torpağında olan 67 məscidin 65-i ermənilər tərəfindən dağıdılıb, iki məsciddə isə donuz saxlayıblar. Bakıdakı erməni kilsəsi isə bu günə qədər qorunub saxlanıb, üç il əvvəl isə digər konfessiyalara məxsus kilsələr kimi restavrasiya edilib.

Diplomat vurğulayıb ki, Azərbaycan xalqı müharibə dövründə öz dəstəyini əsirgəməyən Özbəkistan dövlətinə və xalqına öz dərin minnətdarlığını bildirir.

Tədbirin bədii hissəsində Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov və Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və özbək mahnıları ifa ediblər. Onların ifaları alqışlarla qarşılanıb.

Sonra mərasim iştirakçıları Azərbaycan milli yeməklərinə qonaq edilib.

image-whatsapp-image-2024-11-08-at-10-02-41_1caf2167 image-whatsapp-image-2024-11-08-at-10-02-41_35d5e1ab image-whatsapp-image-2024-11-08-at-10-02-42_7e0f399a image-whatsapp-image-2024-11-08-at-10-02-42_8b291a7c

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər