BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Özünü bütün dünyaya döyüşkən, güclü ordusu olan kimi göstərən Ermənistanın qüdrətli Azərbaycan Ordusunun qarşısında ağ bayraq qaldıraraq təslim olmasından 4 il ötür. “Böyük Tiqranın” “əsgərləri” qəhrəman türk hərbçilərinin qarşısında  cəmi 44 gün duruş gətirdilər. 27 sentyabr 2020-ci ildə başlayan hərbi əməliyyatlar 8 noyabrda Şuşa şəhərinin azad olunması ilə özünün ilkin missiyasını başa vurmuş oldu. Amma Azərbaycan Ordusu tək Şuşa şəhərinin azad olunması ilə kifayənlənmirdi. Biz bütün işğal olunmuş əraziləri separatçılardan təmizləmək niyyəti və gücündə idik. 20 minə yaxın hərbçisi mühasirə altına düşmüş Ermənistan ağ bayraq qaldıraraq bizdən imdad istədi və kapitulyasiya aktına imza atmağa hazır olduğunu bəyan etdi.  Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına rəsmən son qoydu”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, 10 noyabr bəyanatının siyasi və tarixi əhəmiyyəti ölçüyəgəlməzdir: “Üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına yol açdı. “Böyük Ermənistan”, “dənizdən dənizə” xülyalarına son qoyan bu bəyanat həm də 200 illik tariximizdə ilk Zəfər sənədidir. 10 noyabr üçtərəfli Bəyanatı Ermənistan üçün məğlubiyyət, Azərbaycan üçün üzə qələbə aktıdır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq. Doğrudur, Ermənistan hələlik üzərinə götürdüyü bu öhdəliyi yerinə uetirməyib, amma Azərbaycan İrəvanı sülhəməcbur edərək bu öhdəliklərin də icrasına nail olacaqdır. Çoxları düşünürdü ki, Azərbaycan 10 noyabr bəyanatı ilə ərazi bütövlüyü uğurunda apardığı davaya son qoyacaq, Xankəndi, Xocalı və bir neçə yaşayış məskənlərini ermənilərə güzəştdə gedəcək. 10 noyabr razılaşmasına əməl etməyən Ermənistan Qarabağdakı erməni silahlılarını tərksilah etmirdi, əksinə onları silahla təmin edirdi. Xankəndidə qanunsuz seçkilər, referendumlar keçirilirdi.  Ermənistanın baş naziri Paşinyan qondarma Dağlıq Qarabağın olmayan müstəqillik gününü qeyd edirdi. Azərbaycan dövləti bütün bunlara dözmək fikrində deyildi. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdiyi üçün Azərbaycan da adekvat addımlar atmağa məcbur oldu. Azərbaycan Prezidenti haqlı olaraq başladılan işi sona çatdırdı. Zəfər zəncirinin sonuncu xalqasınına qədər mübarizəmiz davam etdirildi. 10 noyabr razılaşmasından sonra Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarıldı.  2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Ermənistandan Qarabağa silah daşınmasının, qanunsuz gediş-gəlişin qarşısı alındı.  2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, bir sözlə, bütün Qarabağ Azərbaycanın nəzarətinə keçdi.  Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır”.

Millət vəkili bildirdi ki, 8 noyabrda ölkədə Zəfər Gününün, 9 noyabrda Bayraq Gününün qeyd olunması, bir gün sonra isə Ermənistanın məğlubiyyət aktına imza atmasının ildönümü bizim üçün əhəmiyyətli hadisələrdir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi  kimi,

heç kim bu torpaqları bizə elə-belə verməyib. Danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.” 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. 10 noyabr razılaşmasının arxasında Azərbayca Prezidentinin siyasi qətiyyəti, Ordumuzun gücü və xalqımızın birliyi dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər