BAKU Azərbaycan
3.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın işğaldan azad olunmuş rayonlarının hər birinin fərqli faciəsi var. Ermənilər rayonlarımızı zəbt edərkən insanlığa sığmayan cinayətlərə yol veriblər. Dünya erməni vəhşiliyini daha çox bu iki acınacaqlı əməllərə görə tanıyır: Xocalı soyqırımı və Ağdamın xarabalığa çevrilməsi... 2001-ci ildə işğal altındakı ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən seyr edərkən buranı “Qafqazın Xirosiması” adlandırmışdı. Amerikalı jurnalist bu məqaləsi ilə dünya ictimaiyyətinə erməni cinayətləri haqqında daha aydın, təsirli bilgilər verdi. İkinci Dünya müharibəsinin sonlarında ABŞ dünyada ilk dəfə olaraq Yaponiyanın Xirosima şəhərinə atom bombası atmışdı. Şəhər yerlə bir edilmişdi. Ağdam da məhz bu hala salınmışdı. Bu gün Ağdam dedikdə dünya ictimaiyyəti “ermənilərin viran qoyduğu şəhər”i xatırlayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. 

Deputat bildirib ki, bəşəriyyət insanlığa qarşı törədilən cinayətləri heç zaman unutmur: “1930-cu ildə yaradılan Ağdam rayonu Azərbaycanın füsunkar təbiətli torpağı olan Qarabağın ən gözəl guşəsində yerləşir. Ağdam erməni separatizminin qarşısında böyük bir maneə idi. Ermənilər Qarabağda baş qaldıranda onlara qarşı müqavimət göstərənlər arasında Ağdam sakinləri xüsusi fəallıqları ilə seçilirdilər. Təcavüzkar Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmiş Ağdam şəhəri uğurunda döyüşlər 42 gün davam etdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal edildi və nəticədə 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunda məskunlaşdı. 27 il sonra Ağdam bir güllə atılmadan azad olundu. Bu o demək deyil ki, ermənilər Ağdamı bizə könüllü, sülh yolu ilə verdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzaladı və işğal etdiyi bütün ərazilərdən çıxacağı öhdəliyini götürdü”. 

Mehriban Vəliyeva qeyd edib ki, azad olunandan sonra Ağdama səfər edənlər burada dəhşətli mənzərə ilə qarşılaşırdılar: “Sərhəd tanımayan erməni barbarlığı Ağdamın nümunəsində çox aydın görünürdü. Ermənilər Ağdamı işğal edərkən qisaslarını sanki evləri yandırmaq, şəhəri yerlə-yeksan etməklə çıxırdılar. İnanıram ki, Ermənistan Ağdamda törətdiyi əməllərə görə həm tarix, həm də beynəlxalq məhkəmə qarşısında cavab verəcək. Qarabağın giriş qapısı sayılan Ağdam azad olunarkən bir dənə də olsun salamat bina yox idi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr - Ağdam Şəhəri Günü kimi təsis edildi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Hərbi qulluqçularımız bu medalla təltif olunublar. 

“Ağdam qədim türk dilində “Kiçik qala” anlamını verir. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr veribmiş. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 

2021-ci il mayın 28-də ictimaiyyətə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Birinci Qarabağ savaşında ən çox şəhidi olan bu rayonu məşhur “Əl-Cəzirə” telekanalı “ruhlar şəhəri” adlandırmışdı. Bu gün “ruhlar şəhəri” uğurunda canını fəda edənlərin ruhları şaddır. Bu gün, həmçinin 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan helikopterdə həyatlarını itirənlərin ruhları şaddır. Biz Prezidentin rəhbərliyi altında Ağdamı ruhumuzun şəhərinə çevirəcəyik”, - deyə deputat fikrini yekunlaşdırıb.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər