BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün sarsıdıcı hadisə olmuşdu. Təbii istehkamlarla bol olan Kəlbəcəri qorumaq, düşmənin hücumlarının qarşısını almaq olardı. Ozamankı siyasi rəhbərlikdə olan hərc-mərclik, ordudakı özbaşınalıq füsunkar təbiəti olan bu məkanı itirməyimizə səbəb oldu. Bu işğal həmin vaxt hakimiyyətdə olan qüvvələrə böyük inamsızlıq yaratdı və iqtidarın nüfuzdan düşməsinə səbəb oldu. Qardaş Türkiyə məhz Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. Bu gün də o sərhədlər bağlı olaraq qalır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair ayrıca qətnamə qəbul etdi. Qətnamədə ermənilərin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan Ordusu 27 il sonra o qətnaməni özü icra etməli oldu. Qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə bütün Qarabağ torpaqlarını erməni işğalından azad etdilər.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb: “Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində “çay üstündə qala” anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar. Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hərəkətlərini həmin istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdıra bildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Kəlbəcərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Nəhayət, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi”.

Kəlbəcər rayonunun Baş planından söz açan deputat deyib: “Kəlbəcər şəhərində, rayonun Zallar, Zar kəndlərinə ilkin məskunlaşma layihələri icra olunmaqdadır. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və onun üzərində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunelin tikintisinin 67,5 faizi artıq tamamlanıb. Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərindəki “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kəlbəcərdə görülən bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevinin diqqətindədir. Dövlətimizin başçısı 2020-ci ildən sonra Kəlbəcərə səfərlər edib. Hər səfər zamanı Prezident yeni tikintilərin təməlini qoyur, yeni mərkəzlərin açılışını edir. Böyük turizm potensialı olan Kəlbəcərdə çoxlu sayda müalicəvi əhəmiyyətli mineral bulaqlar var. Qablaşdırılmış “İstisu” həm daxili, həm də xarici bazarda satışa çıxarılıb. Geniş yaşıl əraziləri, meşələri, hündür qarlı dağları olan Kəlbəcər Azərbaycanın ən potensiallı, zəngin təbii sərvətli rayonlarından biridir. Rayon maldarlıq, arıçılıq və turizm üçün əlverişlidir. Bu gün Azərbaycan vətəndaşlarının istirahət üçün arzuladığı məkanlar sırasında Kəlbəcər öncül yerlərdə dayanır”.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər