
Siyasət
12.12.2024 / 21:12
Millət vəkili Tamam Cəfərova Şamaxıda vətəndaşlarla növbəti qəbul keçirib
Dekabrın 11-də millət vəkili Tamam Cəfərova Şamaxı rayonu mədəniyyət mərkəzində vətəndaşlarla növbəti qəbul keçirib. Vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklif və problemləri müzakirə edilib.
Vətəndaşlar əsasən səhiyyə, məşğulluq məsələləri ilə bağlı müraciət ediblər. Müraciətlər diqqətlə dinlənilib və araşdırılması üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması və operativliyin təmin olunması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini və aidiyyəti qurumların nümayəndələri də qəbulda iştirak etmişdir.