
Siyasət
19.12.2024 / 19:56
Millət vəkili Şamaxıda İcra başçısı ilə növbəti səyyar qəbul keçirib
Millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə rayonun Böyük Xınıslı kəndində səyyar qəbul keçiriblər.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Böyük Xınıslı kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən kəndin elektrik təsərrüfatında yaranan problemlərlə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.