
Siyasət
05.08.2022 / 08:39
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, -deyə məlumatda qeyd olunur.Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan Bayrağı da yenidən yerinə bərkidilib.