BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirdi.  Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qeyd etdi ki, həmrəylik günü Ulu Öndərin təşəbbüsü ilə təsdiq edilmişdir. O, xarici ölkələrdə fəaliyyət göstərən diasporların işi, dünya azərbaycanlıların qurultayları haqqında tədbir iştirakçılarına məlumat verdi. O həmçinin qeyd etdi ki, kitabların insan həyatında böyük rolu var. İnsanların kamilləşməsi, fəzilətə yüksəlməsində kitabxananın böyük əhəmiyyəti olduğunu vurğuladı.  Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı, publisist Sevinc Ağa Xəlilqızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışdı və qeyd etdi ki, onun əsərləri xarici ölkələrdə fəaliyyət göstərən diasporalar arasında yayımlanır. O,  yaradıcılığında M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük rolunu qeyd etdi, kitabxananı ikinci evi, yüksəliş yeri adlandırdı. Daha sonra qeyd etdi ki, yenicə yazdığı “Füruzə daşının əfsanəsi” əməkdar artist Füruzə İbadovaya həsr olunub. Beynəlxalq Sülh Səfiri, “Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbətqızı xalqın birliyini və bu birliyi öz əsərlərində təbliğ edən şair və yazıçıları xüsusi olaraq qeyd etdi. O, Sevinc Ağa Xəlilqızına bu yolda yorulmamağı və uğurlarının çox olmasını arzuladı.  Əməkdar artist Füruzə İbadova xalqımızın həmrəyliyindən, mənəvi və mədəni birliyindən, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindən söz açdı.  Bəstəkar, müğənni Arif Səlimov çıxışını müəllimi Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordeni laureatı Şəfiqə Axundova haqqında davam etdi.  Tədbirin bədii hissəsində əməkdar artist F.İbadova ifası ilə tədbir iştirakçılarını sevindirdi, onlara xüsusi zövq verdi. Bəstəkar, müğənni A.Səlimov “Möcüzə qadın” əsərini ifa etdi. Respublika və Beynəlxalq müsabiqələr laureatları İslam Qasımov və Günay Məmmədova birlikdə “Şükriyyə” və “Sarı gəlin”, İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan”, Mirməqsəd Bayramzadə Polad Bülbüloğlunun “Ey səhər”, “Evləri var xana-xana” mahnılarını ifa etdilər. Rəssam-dizayner, kitabxananın Fəxri oxucusu Almaz İdrisli Lətifə Məmmədovaya həsr etdiyi rəsm əsərini təqdim etdi. Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarovaya 60 illik yubileyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim olundu. Y.Möhübbətqızı İ.Qasımovu Fəxri diplomla təltif etdi. Azərbaycan Respublikasının əməkdar artisti Füruzə İbadovaya həsr olunmuş “Füruzə daşının əfsanəsi” aşağıdakı keçiddə yerləşdirilib: //drive.google.com/file/d/1RMWDtI1Pm6B_vrEc4os2WjqbLHj-Tq6w/view?usp=drive_link 

     

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər