BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycan xalqı bu faciəvi hadisə ətrafında həmrəyliyini bir daha nümayiş etdirdi” 

"Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğraması və nəticədə 67 nəfərdən 38-nin həlak olması geridə qoymaqda olduğumuz 2024-cü ilin ən acı hadisəsi oldu.  Faciəyə ilk operativ reaksiya dövlət başçımız cənab İlham Əliyevdən gəldi. O, məlum xəbəri eşidən kimi Sankt-Peterburqda keçiriləcək  MDB Zirvə görüşündə iştirak etmək üçün etdiyi səfəri yarımçıq qoyub, vətənə döndü. Onun göstərişi ilə dərhal Dövlət Komissiyası yaradıldı, nümayəndə heyəti  Aktau şəhərinə ezam edildi, həkimlərimiz Qazaxıstana yola salındı, Baş Prokurorluqda cinayət işi açıldı. Bunlar ilk zəruri addımlar idi. Eyni zamanda hər kəs cənab İlham Əliyevin hadisəyə necə reaksiya verəcəyini gözləyirdi. Çünki hər kəs hadisənin hansı ölkədə və hansı şəraitdə baş verdiyini bilirdi. Eyni zamanda vurulmuş təyyarənin Rusiyada yerə enməsinə icazə verilməməsi müxtəlif suallar, şübhələr doğururdu. Düşünürəm ki, cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bütün suallara cavab verdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Ölkə başçısının müsahibəsinində səsləndirdiyi ədalətli, cəsarətli fikirlərin bütün dünya mediasında işıqlandırıldığını deyən millət vəkili əlavə etdi ki, Prezident ilk növbədə milli maraqlarımızı, xalqımızın mənafeyini hər şeydən üstün tutdu:

“Bəziləri yanlış olaraq düşünürdü ki, baş verən dəhşətli qəzaya görə xarici siyasi maraqlarımızı, müttəfiqlik əlaqələrimizi daha üstün tutacağıq, baş verənləri təsadüfdən doğan hansısa qəza kimi təqdim edəcəyik. Cənab Prezident bu düşüncədə olanları və bundan istifadə edərək çirkin kampaniya aparmaq istəyənləri yenə də məyus etdi. Ölkə başçısının da qeyd etdiyi kimi, təyyarə dost adlandırığımız ölkədə yerdən açılan atəş nəticəsində vurulmuşdu. Təəssüflər olsun ki, Rusiya tərəfi məsələni ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurdu. Gah dedilər ki, təyyarə quş sürüsü ilə toqquşub, gah dedilər ki, oksigen balonu partlayıb və s. Onlar günahlarını etiraf etmək, Azərbaycandan vaxtında üzr istəmək niyyətində deyildilər.  “Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır”, deyən Prezident İlham Əliyev hadisədən dərhal sonra qonşu dövləti fakt qarşısında qoydu. Cavabdeh tərəfin qarşısında tələblər qoydu. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Əslində bu tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Təkcə dövlətlərarası deyil, cəmiyyətdaxili münasibətlərdə də bu belədir. Haradasa bədbəxt hadisə baş verəndə səbəbkar günahını boynuna alır, üzr istəyir, xərcləri ödəyir və sonda barışıq təklif edir. Dövlətlər də bu qaydalara, normalara əməl etməlidir. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibənin son günlərində  Ermənistandakı Rusiyaya məxsus hərbi təyyarəni bilmədən vurmuşdu. Azərbaycan Rusiyadan üzr istədi və kompensasiya təklif etdi. Halbuki, biz müharibənin qaynar nöqtəsində, separatçıların olduğu Xankəndi istiqamətində uçan hərbi helikopteri vurmuşduq.  Amma Azərbaycan Prezidenti yenə də alicənablıq nümayiş etdirdi, dürüst, ləyaqətli addım atdı. Eyni dürüstlüyü, ləyaqətli davranışı Rusiyadan tələb etməyə haqqımız var. Hər bir ölkənin xarici siyasəti onun liderinin xarakterinə uyğun olur. Cənab İlham Əliyev dostluqda etibarlı, dürüst, milli maraqlarda qətiyyətli olduğu kimi, xarici siyasətimiz də belədir”. 

M.Vəliyeva onu da qeyd etdi ki, Azərbaycan xalqı Həmrəyli Günü ərəfəsində daha bir hadisənin ətrafında həmrəyliyini nümayiş etdirdi:

“Azərbaycan Prezidentinin mövqeyi bütün azərbaycanlılar tərəfindən yüksək qiymətləndirildi.  Hər kəs qəzada həlak olanların xatirəsini uca tutdu.Təyyarənin pilotları və ekipaj üzvlərinin qəhrəmanlıqları bizi qürrələndirdi. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərdilər. Ölkə başçısı qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxsləri təltif etdi. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bu da vətənin öz qəhrəman övladlarına verdiyi qiymətdir. Onu da bildirim ki, Hökumə Əliyevaya Salatın Əsgərova və Gültəkin Səgərovadan sonra Milli Qəhrəman adına layiq görülmüş üçüncü qadınımızdır. Azərbaycan xalqı, bütün Türk dünyası bu faciə ətrafında sıx birləşdi, həmrəy oldu. Qardaş Qazaxıstan dövlətinin və xalqının dəstəyi yüksək qiymətləndirilməlidir. Onlar qəza anında və sonrakı proseslərdə özlərini əsl qardaş türk xalqı kimi apardılar. Bu faciə Qazaxıstan və Azərbaycanı bir-birinə daha da doğmalaşdırdı. Türkiyə dövləti, mətbuatı ilk andan yanımızda oldular. Türkiyə mütəxəssislərindən ibarət ekspert qrupu yaradıldı. Onlar da bu dəfə də Azərbaycanı faciə qarşısında tək buraxmadılar”.

Millət vəkili sonda bildirdi ki, qəzalar millətləti və dövlətləri daha güclü, dözümlü edir:

“Təəssüf ki, bəzən bədbəxt hadisələrdən qaçmaq olmur. Allah qəzada həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin. Yeni il ərəfəsində dünyaya və Azərbaycana faciəsiz yaşam diləyir, sabitlik və əmin-amanlıq arzulayıram”. 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər