BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq”

 Avropanın enerji təhlükəsizliyi ilə bağlı ölkəmizin mövqeyi aydındır. Azərbaycanın enerji siyasəti bədxahların bununla bağlı tirajlamağa çalışdıqları bütün şübhələri tamamilə alt-üst edib. Artıq Azərbaycan ümumavropa qaz təchizatçısına çevrilib. Azərbaycan həm regionda təhlükəsizliyin və sülhün təminatçısısıdır, həm də Avropanın enerji təhlükəsizliyi ilə bağlı əhəmiyyətli rol oynayr. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın Avropada tərəfdaşlarına göstərdiyi dəstək haqqında da danışıb: “Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.

Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (Prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz Bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi. Beləliklə, bunun üzərində işləməyə başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir”.

İqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma, məsələn, daşqınlara qarşı dayanıqlı infrastrukturların tikilməsi və kənd təsərrüfatı sektorunda dəyişikliklərə uyğunlaşmaq, COP29-un əsas məqsədlərindən biridir. Uğurlu bir nəticə olaraq, iqlim dəyişikliklərinin zərərlərini azaltmaq üçün ölkələr daha əhatəli və dayanıqlı adaptasiya strategiyaları inkişaf etdirmək mümkündür. Bu baxımdan cənab Prezidentin dediyi kimi ölkəmiz üçün COP29 böyük bir çağırış və böyük imkan idi: “Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq. Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər”. COP29-da iqlim dəyişikliyinin sosial və iqtisadi təsirlərinə də xüsusi diqqət yetirilə bilər. İqlim mühacirətinin qarşısının alınması, məcburi miqrasiyanın idarə edilməsi və iqlim dəyişikliyindən təsirlənən icmaların dəstəklənməsi məsələləri prioritet ola bilər. COP29-da iqlim dəyişikliyi ilə mübarizə ilə yanaşı təbiətin və ekosistemlərin qorunmasına da diqqət yetiririlir. Bura meşələrin kəsilməsinin qarşısını almaq, su qaynaqlarını qorumaq və bioloji müxtəlifliyi təmin etmək məqsədilə yeni siyasət və proqramların qəbul edilməsi daxildir. Bu da qlobal ekosistemlərin sağlamlığını və dayanıqlılığını qorumağa kömək edəcək.

Azərbaycanın strateji mövqeyi, ölkənin nəqliyyat və logistika infrastrukturunun inkişafına böyük önəm verir. Bu, ölkənin qlobal iqtisadiyyatla əlaqələrinin gücləndirilməsi üçün mühüm rol oynayır. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar və ölkələrlə ticarət əlaqələrini genişləndirməyi, sərmayə cəlb etməyi və iqtisadi diplomatiya siyasətini həyata keçirməyi hədəfləyir. Müasir dövrün texnoloji inkişafları, xüsusən də informasiya texnologiyalarının sürətli inkişafı, cəmiyyətdə yeni hüquqi tələblər yaratmışdır. Azərbaycanın Konstitusiyasında, kibercinayətkarlıqla mübarizə, şəxsi məlumatların qorunması və internet azadlığı kimi məsələlər də əksini tapmışdır. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq, şəxsi həyatın qorunması və məlumatların gizliliyi məsələləri daha çox ön plana çıxmışdır. Bu, həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüququn tələblərinin Konstitusiyada nəzərə alınmasını tələb edir.

Hazırda dövrün tələblərinə cavab verən kadr potensialı formalaşdırılır. Ümumi olaraq çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılıb.  Bu, cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biridir. İnkişaf etmiş ölkələrin təcrübəsi bunu deməyə əsas verir. Prezident deyib ki, yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq: “Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün şirkətlərdə, - onlar çox deyil, haradasa 10-a yaxın dövlət şirkəti var, - yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yəni, uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan “Azərbaycan Hava Yolları” gəlirlə işləyir və səhv etmirəmsə, keçən ilin gəlirləri bir neçə 100 milyon manat səviyyəsindədir. İndi öz ehtiyaclarını özü qarşılayacaq. Dəmir yolu idarəsi də, həmçinin. Uzun illər dövlətdən yardım alan, indi təqribən 100-150 milyon manat gəlirlə işləyir və digər şirkətlər. Yəni, bu, birinci mərhələ idi. O sağlamlaşdırma və kadr islahatı mərhələsi artıq başa çatdı. O ki qaldı, ASKON qurumuna, bunun da məqsədi nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır”. Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini daima nəzərə alır. Belə ki, neftdən qazanılan böyük vəsaitlər ilk növbədə insan faktorunun inkişafına yönəldilib. Elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişaf təmin edilib. Respublikamız sürətli iqtisadi inkişaf yolundadır.

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər