BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidentinin belə mötəbər tədbirə dəvət olunması beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı olan ölkəmizin beynəlxalq münasibəltər sistemində artan nüfuzunun əyani göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu günü-gündən artırır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin kifayət qədər tarixi var. 2005-ci ildən Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusa malikdir. Təbii ki, belə bir status bütövlükdə ərəb dünyası ilə Azərbaycan arasında çoxtərəfli əlaqələrin inkişafına mühüm töhfə verməkdədir.Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. İki ölkə arasında diplomatic əlaqələr 1993-cü ildən qurulub. Bu gün bu əlaqələr kifayət qədər yüksək səviyyədədir. Onu da qeyd etməliyik ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq- aydın mövqe nümayiş etdirərək, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Bütün bunlarla yanaşı, son illərdə BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Bu baxımdan Prezident İlham Əliyev iki ölkə arasında münaisbətlərin dərinləşməsinə mühüm töhfədir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki,  Dayanıqlılıq Həftəsinin əsas istiqamətləri qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsipləridir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edib. Azərbaycan Prezidentinin bu mötəbər tədbirə dəvət olunması təbiidir. Ona görə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çoxdan regional çərçivədən çıxaraq, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz sözünü demiş, imicini təsdiqləmiş dövlətdir. Artıq, Azərbaycan qlobal məsələlərin həlli istiqamətində rol oynayan güclü dövlətdir. Bu baxımdan, COP29 beynəlxalq tədbirini xatırlamağımız kifayətdir. Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə və əldə olunan nəticələrlə beynəlxalq səviyyədə öz sözünü deyib.

Millət vəkili Tamam Cəfərova BƏƏ və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən münasibətlərə xüsusilə diqqət çəkərək deyib: “Ölkələrimiz arasında münasibətlər dostluq və qarşılıqlı etimad zəminində inkişaf edir. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Hazırkı mərhələdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın inkişafında enerji sektorunun xüsusi rolu var. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan enerji resurslarının şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində önəmli təchizatçıya çevrilmə istiqamətində mühüm addımlar atır.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər