BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yaxud xarici və yerli telekanalların nümayişi üçün təqdim edilən paketlərdə çoxluq təşkil edən Rusiya kanalları

BAYRAQDAR MEDİA – Ötən ilin dekabrında Aktauda baş vermiş məlum təyyarə qəzasından, daha doğrusu Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində elə Rusiya tərəfindən vurulmasından sonra bir sıra məsələlər yenidən gün üzünə çıxdı. Daha dəqiq desək, Quzey qonşumuzun Azərbaycan dövlətinə və xalqına gerçək yanaşmasının dəyişmədiyi, əsrlərin o başından bu yana eyni təfəkkür və məqsədə əsaslandığı bir daha təsdiqləndi.

Söhbət Rusiyanın, daha doğrusu bu ölkənin hakimiyyətinə yaxın bəlli kəsiminin və dairələrinin imperiya xislətindən hələ də əl çəkə bilməməsindən gedir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, burada söhbət sadə rus xalqından getmir. Amma reallıq budur ki, Quzey qonşumuzdakı bəlli kəsim və dairələr Azərbaycan dövlətinə və xalqına qarşı kin-küdurət qusmağa başlayıblar. Bəs onların “başının fırlanmasına”, “ürəyinin bulanmasına” səbəb nədir?

Səbəb odur ki, Azərbaycan dövləti, dövlətin rəhbəri, o cümlədən xalqımız bir daha qətiyyətli, milli maraqlara əsaslanan mövqe sərgiləyir. Bu isə Rusiyanı qane etmir. Axı, onlar özlərindən başqa xalqlara yalnız hüquqsuz təbəə kimi yanaşırlar. Özü də buna o qədər aludə olublar ki, dünyanın bu çağında belə öz çirkin yanaşmalarından əl çəkə bilmirlər. Yəni onlar “velikoros şovinizmi”ndən qurtula bilmir, yaxud qurtulmaq istəmirlər. Lakin yavaş-yavaş da olsa öyrənəcəklər. Anlayacaqlar ki, daha nə dövran o dövran, nə də Azərbaycan onların görmək istədikləri Azərbaycan deyil.

Bunları qeyd etməklə yanaşı Rusiyanın Azərbaycandakı təsir imkanları ilə bağlı son vaxtlar xüsusi olaraq aktuallaşan Azərbaycan büdcəsindən maliyyələşən rusdilli məktəblər məsələsini xatırlamaq, eyni zamanda bu məsələ qədər aktual olan digər problemə diqqəti yönəltmək istəyirəm. Söhbət rəqəmsal efir yayımı xidmətləri, xalq dilində desək, xarici və yerli telekanalların nümayişi üçün paketlər təqdim edən bəzi televiziya operator və şirkətlərindən gedir. Məsələ burasındadır ki, bu paketlərin böyük əksəriyyətində rus dili hakim kəsilib. Daha da konkretləşdirərək deyək ki, hansısa paket təqdim edilirsə, həmin paketdəkilərin az qala yarıdan çoxu ya Rusiya telekanalları olur, ya da xəbər yayımlarını və ya filmləri rus dilində verən kanallar.

Fikrimizi əsaslandıracaq bir məqamı qeyd edək. Bu yazını yazmazdan öncə zaman-zaman həm özümüzün üzləşdiyimiz, həm də qohum-qonşulardan aldığımız məlumata əsaslanaraq bəzi araşdırmalar aparmaq qərarına gəldik. Lakin təkcə iki fakt üzrə araşdırmamızın ortaya çıxardığı vahiməli məqam məsələnin tezliklə ictimaiyyətin və yetkili qurumların diqqətinə çatdırmağın vacib olduğu qənaətini yaratdı. Beləliklə, yuxarıda bəhs edilən xidmət üzrə operatorlardan ikisinin paketinə daxil olan kanalların siyahısına ötəri bir nəzər saldıq. Bəlli oldu ki, həmin operatorlardan birində paketdə təqdim edilən 150-yə yaxın kanaldan 70-dən çoxu, digərində isə təqdim edilən 200-dən çox telekanaldan 90-dan çoxu Rusiyanın, yaxud yayımı rus dilində edən kanaldır. Qeyd edim ki, bu siyahı sırf xarici telekanallarla bağlı statistikadır. Müqayisə üçün deyək ki, həmin paketlərdəki Türkiyəyə məxsus tekelanlların sayı heç Rusiya telekanllarının yarısı qədər də deyil. Yəqin ki, dəyərli oxucular vəziyyətin nə qədər vahiməli olduğunun fərqindədir.

Təsəvvür edin ki, biz aylıq pul ödəyib paket alırıq və məlum operator, yaxud şirkətlər bunun müqabilində rus dilini, dolayısı ilə də rus təbliğatını bizim evlərimizə soxurlar. Bizi məcbur edirlər ki, bekar olanda yalnız rus dilində, yaxud Rusiyaya məxsus filmlərə, əyləncəli verilişlərə baxaq. Yaxud dünyadan xəbər tutmaq istəyəndə axtardığımız xəbər kanalları içərisində rus kanalları daha çox “gözə girsin”.

Ən dəhşətlisi və təhlükəlisi isə həmin paketlərdə uşaqlara hesablanmış kanallarla bağlıdır. Təsəvvür edin ki, paketlərdə uşaqlar üçün olan bölümə daxil edilən  kanalların da az qala tən yarısı Rusiyaya məxsus telekanallardır!

Hər halda dəyərli oxucularımız da, millətimizin gələcəyi olan uşaqların milli ruhdu böyüməsinə məsul olan müvafiq qurumlar da vəziyyətin nə qədər vahiməli olduğunun fərqindədirlər. Belə anlaşılır ki, biz özümüz uşaqlarımızın yad təsir altında, başqa millətin dili və mədəniyyətinə xidmət edən kanallara baxaraq, milli duyğulardan uzaq şəkildə böyüməsinə şərait yaradırıq. Halbuki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında uşaq və gənclərin milli ruhda tərbiyə alıb böyüməsinin vacibliyini bəyan edib, bunun üçün addımlar atılmasını müvafiq qurumlar qarşısında əsas vəzifələrdən biri kimi qoyub. Bəs bizlər, həmin çağışlara necə cavab veririk?!

Yəqin ki, bu narahatlığımızın dilə gətirilməsindən sonra müvafiq qurumlar bəhs etdiyimiz məsələni də diqqətə alacaq, lazımi addımlar atacaqlar. Lazımi addım üçün isə elə ilk təklif də bizdən gəlsin. Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim ailəmiz türk dünyasıdır. Elə isə gəlin bizə tamamilə yad, özü də zərərli fikirlər, mədəni dəyərlər aşılayan ölkənin telekanallarının evimizə soxulmasına son qoyaq və onları ailəmizin, yəni türk dünyasının kanalları ilə əvəz edək. Örnək üçün, Türk Dövlətləri Təşkilatına üzv olan Türküstan – Orta Asiya türk dövlətlərinin, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hər birindən bir yaxud iki xəbər, bir əyləncə, bir uşaq kanalını bu paketlərə əlavə etmək mümkündür. Lap elə Macarıstanın da ingilis dilində yayım edən kanalını əlavə etmək olar.

Hesab edirik ki, bu, həm türk dünyasındakı bağlarımızı daha da gücləndirər, həm də qardaş ölkələrin xalqlarının bir-birinin dilini öyrənməsinə vəsilə olar. Onsuz da Özbəkistanda olarkən anladıq ki, özbəklərlə təmas qurmaq heç də çətin deyil. Bəzi sözləri öz sözlərimiz kimi aydın başa düşürük. Elə isə mütəmadi olaraq Özbəkistanın telekanalına baxmaq imkanımız olsa, dil anlamaq daha da asanlaşa bilər.
 

Nadir Azəri

Bayraqdar.info

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər