BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycanın dünyanın geosiyasi müstəvisində artan rolu xarici ölkələrlə əlaqələrin güclənməsinə təkan verir. Bunun nəticəsidir ki, son illər ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb. Xüsusilə də, müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətləri inkişaf etidirirlər. Belə ölkələrdən biri də Somali respublikasıdır. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan bu Afrika ölkəsi Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatlarda ölkəmizə dəstək verib”.
 
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.  Onun sözlərinə, Azərbaycanın Afrikada mövqeyi COP29 iqlim sammitindən sonra daha da güclənib: “Bakı sammitində Afrika ölkələrinə iqlim problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün imkan tanındı, meydan verildi. Azərbaycan Prezidenti inkişaf etmiş dövlətlərə çağırış edərək Afrikadakı ölkələrin iqlim problemlərinin həllinə dəstək vermələrinin vacibliyinə toxundu. Cənab İlham Əliyevin həm COP29 sammitində, həm də digər beynəlxalq tədbirlərdə Afrika ölkələrinə dəstək çıxışları bu gün öz müsbət nəticəsini verməkdədir. Azərbaycanın digər ölkələrlə olduğu kimi Afrika dövlətləri  ilə  də münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Humanitar və mədəni əlaqələrimiz ildən ilə dərinləşir. Azərbaycanın müxtəlif humanitar fondları, dövlət qurumları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir. Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların gündəmə gətirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilir. Xüsusilə də, Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlar tərəfindən təqdir olunur. Dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi, və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Qədim sivilizasiyaların mərkəzi olan Afrika həm də müasir geoiqtisadiyyatda mühüm yer tutur. Bu da Afrikanı imperialist dövlətlər üçün hədəfə çevirir. Azərbaycan və Türkiyə hər zaman böyük dövlətlərin bu siyasətinə qarşı çıxıb və iki qardaş ölkə Afrika siyasətini koordinasiya edərək ədalətli mövqe ortaya qoyurlar”.
 
M.Vəliyeva qeyd etdi ki, Bakıda Somali və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı iradəyə söykənərək ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək: “Prezidentlərin görüşündə əsas müzakirə mövzusundan biri təhsil sahəsində əməkdaşlıqla bağlı olub.  Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər mövcuddur.  Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alırlar. Gələcəkdə onların sayı artırılacaq.  Onların müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı gəəcəkdə Somalinin iqtisadi inkişafına fayda verəcəkdir. Azərbaycan Somalinin infrastrukturu, liman qurğuları və kənd təsərrüfatına sərmayə yatıra bilər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün güclü potensial mövcuddur. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror tədbirləri zamanı əldə etdiyi hərbi uğurlar müdafiə sənayemizə olan xarici marağı artırıb. Prezidenti Hasan Şeyx Mahmudun Bakı səfərində Somali hərbçiləri üçün təlimlərin keçirilməsi, müdafiə avadanlığının birgə istehsalı, təchizatı sahəsində əməkdaşlıq müzakirə olunub”.

Deputat sonda bildirdi ki, Somalinin Azərbaycanla əlaqələrə getdikcə daha çox diqqət yetirməsinin bir sıra səbəblər mövcuddur: “Amma əsas səbəblərdən biri qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol alması və Afrika ölkələrini müdafiə etməsidir. Azərbaycan-Somali əlaqələrinin inkişafı üçün güclü potensial mövcuddur. Somali Prezidentinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verir. Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün aparılan müzakirələrin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək. Somali ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın bütün Afrika ölkələri ilə münasibətlərinə də müsbət təsir göstərəcək”.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər