BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Postmüharibə dövründə yeni ideoloji təhdidlərlə mübarizə və milli identikliyin qorunması" adlı layihə çərçivəsində Gəncə və Lənkəran şəhərlərində tədbirlər təşkil edib.

QHT.az xəbər verir ki, ​DANİB sədri Elməddin Behbud hər iki şəhərdə keçirilən tədbirdə çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində qazandığımız qələbənin yaratdığı yeni siyasi mərhələdə gənclərin ideoloji tələblərinin qarşılanmasına töhfə vermək, xarici dairələrin Azərbaycan cəmiyyətinə, xüsusi ilə də ən pasionar kəsim olan gənclərə qarşı ideoloji təxribatlarını zərərsizləşdirməyə çalışmaq və prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji təhdidlərlə bağlı irəli sürdüyü tezislərdən çıxış edərək gənc nəslin vətənpərvərlik düşüncəsinin güclənməsinə, onların milli ideologiyamızı mənimsəməsinə yardımçı olmaqdır.

​Elməddin Behbud postmüharibə dövründə gənclərin ideoloji immunitetinin gücləndirilməsinin vacibliyi, qlobal təhdidlər fonunda milli dəyərlərə bağlılığın artırılması zərurəti, informasiya manipulyasiyaları və s. məsələlərlə bağlı fikirlərini bölüşüb. DANİB sədri media və digər kommunikasiya vasitələri ilə milli kimlik şüurunun gücləndirilməsində və ideoloji təxribatların qarşısının alınmasında gənclərin önəmli rola malik olduğunu deyib.

Toplantıda çıxış edən Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Etibar Musayev Azərbaycan gəncliyinin qarşısında dayanan vəzifələr, ideoloji təhdidilərə qarşı effektiv mübarizə mexanizmləri, milli identikliyin qorunması və digər mövzularla bağlı geniş çıxış edib. Etibar Musayev gənc nəsildə milli dəyərlərə bağlılığı daha da gücləndirmək üçün onlarla daim dialoqların qurulmasının və birgə müzakirələrin aparılmasının vacib olduğunu bildirib. ​Lənkəran şəhərində keçirilən tədbirdə çıxış edən tədqiqatçı Baqir Əlizadə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük müharibədə əldə etdiyimiz parlaq zəfərin tarixi əhəmiyyəti, ideoloji təhdidlərin neytrallaşdırılmasında gənclərin rolu və s. məsələlər haqqında ətraflı çıxış edib.

​Çıxışlardan sonra gənclərin sualları cavablandırılıb və diskussiya keçirilib. Sonda gənclərə sertfikatlar təqdim olunub. ​Hər iki toplantıda tələbələr və yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Məlumat üçün bildirək ki, eyni zamanda layihə çərçivəsində 4 televiziya verilişi hazırlanaraq internet televiziyasında yayımlanıb.

Fotolar


Paylaş

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər