BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi, Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar ictimai birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərinin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Azərbaycan və Nigeriya arasında “Yaşıl Texnologiyaların Transferi” ilə bağlı Memorandum imzalanıb
Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan və Nigeriya arasında mühüm bir əməkdaşlığa imza atılıb. “Tech Karabakh” təsisçisi Urfan Sərkərov və Afrikanın nüfuzlu təşkilatlarından biri olan “Afrika Gənclərinin İnkişaf Fondu”nun prezidenti Professor Tunji John Asaolu arasında “Yaşıl Texnologiyaların Transferi” ilə bağlı anlaşma memorandumu imzalanıb.
Bu memorandum, iki ölkə arasında ekoloji texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirməklə yanaşı, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş innovativ həllərin qarşılıqlı mübadiləsini təşviq edəcək. “Yaşıl texnologiyaların transferi” razılaşması çərçivəsində tərəflər alternativ enerji mənbələrinin tətbiqi, tullantıların idarə olunması, ekoloji cəhətdən təmiz istehsal üsullarının inkişaf etdirilməsi və karbon emissiyasının azaldılması sahələrində birgə fəaliyyət göstərəcəklər.
Tədbirdə çıxış edən Urfan Sərkərov, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsində aktiv rol oynadığını vurğulayaraq, “Tech Karabakh” platformasının bu istiqamətdə yeni texnologiyaların inkişafı və tətbiqinə töhfə vermək məqsədini daşıdığını qeyd edib. O bildirib ki, Afrika regionu ekoloji problemlərin həllinə xüsusi diqqət yetirir və yaşıl texnologiyaların inkişafı bu qitənin dayanıqlı inkişaf strategiyasında mühüm yer tutur.
Professor Tunji John Asaolu isə memorandumun əhəmiyyətini qeyd edərək bildirib ki, bu əməkdaşlıq Afrika və Azərbaycan arasında texnologiya və bilik mübadiləsini gücləndirəcək, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarının effektivliyini artıracaq. Onun sözlərinə görə, Afrika qitəsi yaşıl enerji və dayanıqlı inkişaf sahəsində böyük potensiala malikdir və bu sahədə Azərbaycanla birgə layihələrin həyata keçirilməsi mühüm perspektivlər açır.
Memorandum çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması, texnologiyaların tətbiqi və ekoloji innovasiyaların dəstəklənməsi nəzərdə tutulur. Bu razılaşma Azərbaycan və Afrika ölkələri arasında ekoloji sahədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm bir addım hesab olunur və COP29-un əsas məqsədlərindən olan qlobal iqlim tədbirlərinə töhfə verməyə yönəlib.
Bu təşəbbüs, Azərbaycanın beynəlxalq ekoloji əməkdaşlıq sahəsində oynadığı rolu daha da gücləndirəcək və ölkənin yaşıl texnologiyalar sahəsindəki təcrübəsinin qlobal səviyyədə tətbiqinə imkan yaradacaq.

356035623561

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər