BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Universitetində Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəfər Cabbarlı irsi” mövzusunda tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddin qızı Bağırova olub.

Tədbirdə Cəfər Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətinin inkişafındakı xidmətlərindən bəhs olunub, əsərlərindən poetik nümunələr səsləndirilib. Tədbir çərçivəsində universitetdə Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən sərgi təşkil olunub.

Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Solmaz İlyaszadə açılış nitqi ilə çıxış edərək tədbirdə iştirak edən tələbələrə Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında yığcam məlumat verib. TEC üzvü tələbələr Aqil Məmmədov “Ana”, Cansu Nəzərova isə “Azərbaycan bayrağına” şeirini səsləndiriblər. Tədbirin aparıcısı TEC-in müavini Günay Dünyamalıyeva olub.

Sonra Universitetin elmi işlər üzrə prorektor Yusif Qasımov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, universitetin qonağı, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, şair, yazıçı, dramaturq, teatr və kino xadimi, tərcüməçi, rejissor və kinosenarist, böyük maarifçi Cəfər Cabbarlının adı Azərbaycanın fikir tarixinə və ədəbiyyatına qızıl hərflərlə yazılıb. Cəmi 35 il yaşamasına baxmayaraq zəngin, çoxşaxəli və olduqca məhsuldar yaradıcılıq yolu keçib. Yaradıcılığa şeirlə başlasa da, ən məşhur və ən gözəl əsərlərini dramaturgiya janrında yazıb. Əsərləri dövrün mühüm ictimai məsələlərinə həsr olunub və oxucunu yenilik və müasirlik uğrunda mübarizəyə səsləyib, bu çağırışlar bu gün də aktuallığını qoruyub saxlayır.

Tədbirin qonağı, Qəmər Seyfəddin qızı Bağırova çıxışında Cəfər Cabbarlının ailəsi və ev-muzeyinin kollektivi adından Azərbaycan Universitetinin rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkür edib. Cəfər Cabbarlının həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunan qonaq qeyd edib ki, sovet dövründə onun haqqında bəzi faktlar gizlədilib, əsərlərinin bir qismi bilərək yox edilib, itirilib, təhrif yaxud ixtisarla çap olunub. Rus dilində yazılan və tərcümə olunmayan, həmçinin indiyə qədər tədqiq olunmayan əsərləri də var. Onu sovet yazıçısı kimi təqdim etsələr də, əslində sovet rejimi ilə barışmayıb və qəbul etməyib. Yaradıcılığının mühüm bir hissəsini türkçülük ideyalarının təbliğinə, Azərbaycanın istiqlaliyyətinin tərənnümünə həsr edən görkəmli fikir adamı təzyiqlərə məruz qalıb, amma onu sındıra bilməyiblər.

Qəmər Seyfəddin qızı Bağırova vurğulayıb ki, Cəfər Cabbarlının irsi aktualdır, sevilir və öyrənilir. Azərbaycan dövləti onun zəngin yaradıcılığını hər zaman yüksək qiymətləndirib. 2019-cu ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə anadan olmasının 120 illiyi silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olunub.

Qəmər Bağırova tələbələrin Cəfər Cabbarlının həyatı və yaradıcılığına dair ünvanladıqları çoxsaylı sualları da cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər