BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Londondakı Səfirliyimizə qarşı edilmiş təxribat sıradan bir hadisə ola bilməz, onun səbəbi var və bu səbəbi də hər kəs bilməlidir. Bugünlərdə ordumuzun “Qisas” adlı anti-terror əməliyyatı təkcə Ermənistanı deyil, digər bizə düşmən olan dövlətləri də bərk narahat edib". Bu fikirləri "Xeber 7"ə açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, həmin ölkələr, əslində özlərini bir neçə dəfə ifşa edərək açıq şəkildə ölkəmizə qarşı məkirli niyyətlərini nümyaiş etdirmişdi: "Bu dəfə isə belə bir təxribatla əsl simalarını göstərmiş oldular. Hesab edirəm ki, Səfirliyimizə qarşı edilən bu təxribatın hüquqi bir cavabı olacaqdır. Bilirsiniz ki, Vyana Konvensiyasına uyğun olaraq diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi birbaşa həmin dövlətlərin üzərinə düşür. Ona görə də Böyük Britaniyanın hüquq-mühafizə orqanları bu məsələdə qətiyyətli mövqe sərgiləməlidir; həm təşkilatçıların tapılmasında, həm də özlərinin nüfuzunun qaytarılmasında maraqlı olmalıdır. Çünki inkişaf etmiş dövlətdə belə bir hadisənin baş verməsi həmin ölkənin hüquq-mühafizə orqanlarının nüfuzu üçün xoş olmayan bir haldır. Azərbaycan bayrağını şəhidlərimiz öz qanları ilə ucaldıb, o bayrağı heç bir qüvvə yerə ata bilməz və buna heç bir dövlətin gücü çatmaz! Azərbaycan artıq elə bir gücə sahibdir ki, bəzi dövlətlər kimi tapşırıq eşidən, əmir olunan bir ölkə deyil! Diktə edən, güc sahibi olan, işğal olunmuş ərazilərini öz gücü ilə geri qaytarıb o ərazilərdə bayrağını ucaldan bir dövlətdir! Bu gün Azərbaycan dövlətinin rəhbərini bütün dünya dövlətləri və beynəlxaq təşkilatlar qəbul və təqdir edir. Dünyanın ən nüfuzlu media nümayəndələri dəfələrlə Azərbaycan diplomatiyasının gücündən söz açaraq bunun əsl səbəbkarı kimi ölkə Prezidenti cənab İlham Əliyevi göstərmişlər!

44 günlük Vətən müharibəsində döyüş sahəsində igid əsgərləmizin göstərmiş olduğu qəhrəmanlıq, beynəlxalq arenada diplomatlarımız tərəfindən göstərilirdi! Hər iki cəbhədə vuruşan igidlərimizin bir Ali Baş Komandanı var- cənab İlham Əliyev! Ona görə də biz bu gün imkan verə bilmərik ki, hansısa dövlətin, eləcə də xususi xidmət orqanlarının maşası olan təriqət üzvləri bizim bayrağımıza zərər versin! Bunu hər biz azərbaycanlı anlayır və məsuliyyətini hiss edir!.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər