BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və Türkiyə mədəniyyətlərinin görüşü” mövzusunda tədbirin təşkilinə ölkəmizin Qarsdakı baş konsulluğu dəstək verib. Mədəni tədbirin təşəbbüskarı qismində isə Qafqaz Universitetinin, o cümlədən bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konservatoriyanın tələbələri çıxış ediblər.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasının taleyüklü əhəmiyyətini vurğulayıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin ölkəmizin bütün ərazisində suverenliyin bərpasına imkan verən antiterror tədbirinin uğurları barədə məlumat verib. Diplomat Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipləri olduğunu, iki dövlətin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
O, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərində ən parlaq səhifə açan Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb. Baş konsul əlavə edib: “Ölkələrimizin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimad iki dövlətin hərtərəfli və fəal dialoqunun açarıdır”.
Baş konsul ölkələrimizin iştirakı ilə regionda həyata keçirilən uğurlu layihələri, o cümlədən Qars-Naxçıvan dəmir yolu və İqdır-Naxçıvan qaz kəmərini yüksək qiymətləndirib.
O, tədbir iştirakçılarına Azərbaycanın zəngin mədəni-tarixi irsi haqqında məlumat verib, gəncləri xalqın çoxəsrlik dəyərlərini əziz tutmağa və qorumağa çağırıb.
Qars valisi Ziya Polat, şəhər bələdiyyəsinin başçısı professor Ötüken Senger və Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu da tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Qars valisi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın sözdə deyil, əməldə özünü büruzə verdiyini vurğulayıb. O deyib: “Ölkələrimiz və liderlərimiz çox güclüdür. Dövlət başçılarının siyasi kursu bütün platformalarda əməkdaşlığın dərinləşdirilməsi üçün qüvvətli stimuldur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək”.
Sonra universitet tələbələrinin və müəllimlərin böyük maraqla qarşıladığı konsert proqramı təqdim edilib.
Tədbir tələbələr arasında keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.
 

 


 







Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər