BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

May ayının 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, qazilər, kursantlar, tarixçi-ailimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri və s. iştirak ediblər.

Tədbir açıq elan edildikdən sonra  İkinci Dünya müharibəsində, həmçinin respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İlk olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov çıxış edərək qonaqları salamlayıb. O, kitabda Azərbaycanın xalqın müharibəyə verdiyi böyük töhfənin ətraflı şəkildə işıqlandırıldığını deyib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani kitabın çox böyük zəhmət bahasına ərsəyə gəldiyini deyib: “Bu gün Azərbaycan diasporu müxtəlif ölkələrdə çox böyük işlər görür. Müəllif xüsusən MDB məkanındakı soydaşlarımızın İkinci Dünya müharəbəsində iştirak edən ata-babalarının şücaətindən yazıb. Eyni zamanda onların nəslinin davamçılarının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında qəhrəmanlığına işıq salıb. Bu kitabla müəllif bir daha sübut edib ki, Böyük Qələbənin varisləri təkcə Rusiyada deyil, həm də  Azərbaycandadır. Həmçinin diqqət 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsinə yönləndirilib”.

Vətən Müharibəsi Qəhrəmanı mayor Renat Şixnəbiyev kitabın hazırlanmasında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. O, əsasən gənclərə xitabən çıxış edərək ölkədə vətənpərvərliyin təbliğində bu kimi kitabların əhəmiyyətini vurğulayıb: “Azərbaycan xalqı İkinci Dünya nüharibəsində böyük mübarizə aparmış və yüzlərlə qəhrəman yetişdirmişdir. Həmin dövür Azərbaycan xalqı üçün böyük bir tarixi dönəmdir və xalqımızın mübarizəsi faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynayıb. Bu kitab da məhz Azərbaycan xaqlının qəhrəmalıq irsinin xaricdə təbliğinə hədəflənib”.

“Böyük Qələbənin varisləri” kitabının müəllifi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdımaçı-jurnalist Fuad Hüseynzadə kitabın faşizm üzərində Qələbənin 80 illik yubileyi münasibətilə dərc olunduğunu deyib: “Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan kitabda Azərbaycanın müharibəyə verdiyi töhfələr, xalqımızın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdəki iştirakının əhəmiyyəti geniş şəkildə təhlil olunur. Burada əsasən Böyük Qələbənin varisi olan xaricdəki azərbaycanlıların qəhrəman ata-babalarının həyatı və döyüş yolu xüsusi olaraq təqdim edilir. Bununla yanaşı, qəhrəman babaların nəvə-nəticələrinin Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında rolu xüsusi vurğulanır. Kitab, həmçinin tarixi yaddaşı və müharibə irsini gələcək nəsillərə ötürmək və qəhrəmanların təbliğinə töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, kitab qəhrəmanlıq irsinin davam etdirilməsi üçün gələcək nəsillərə nümunə kimi təqdim edilməsinə xidmət edir.

Bu kitabda İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsinin qəhrəmanları sintezli şəkildə təqdim edilməklə qəhrəmalığın xalqımızın gentikasına xas olması göstərilib. Bu, bir növ insan kapitalı üzərində brendləşməyə xidmət edəcək. Müharibədə şüacət göstərən azərbaycanlıları beynəlxaq ictimaiyyətin nəzərinə çatdırımaqa bildirmək istəyirik ki, Azərbaycanın brendi onun insan kapitalıdır, qəhrəmanlarıdır...”.

Tədbirdə tarixçi-alimlər, eləcə də  kitabda haqqında yazılan müharibə iştirakçılarının varisləri də çıxış edərək öz təəssüratlarını bölüşüblər. Böyük Qələbənin varisləri  ata-bablarının döyüş yoluna və qəhrəmanlığına göstərilən diqqətə görə müəllifə təşəkkürlərini bildiriblər. Müharibənin qəhrəmanlarının xaricdə təbliğininin önəmini qeyd edən çıxışçılar onların həyatının, ümumiyyətlə, döyüş yolunun hər zaman aktual olduğunu deyiblər.

Xatırladaq ki, kitab artıq Azərbaycanda və digər MDB ölklərində bir sıra kitabxanalara yayılıb. Kitabın may ayının 21-29 aralığında Rusiyanın Moskva, Bryansk, Krasnoyarsk və Maqadan şəhərlərində, iyul ayının 3-də isə Belarusun Vileyka şəhərində təqdimatı keçiriləcək.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər