BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Təəssüf ki, hələ də Qarabağ ərazisində mövcud olan erməni silahlı qüvvələrinin növbəti təxribatı və Azərbaycan əsgərinin ölümündə təqsirli olanlara qarşı tam haqlı qisas – “Natsionalnaya oborona” jurnalının baş redaktoru, ekspert İqor Korotçenko AZƏRTAC-ın müxbirinə müsahibəsində regionda baş verən son hadisələri belə təsvir edib.O xatırladıb ki, Ermənistan özünün silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam çıxarılması ilə bağlı üçtərəfli Bəyanatın əsas prinsiplərinə əməl etməyib. “Bu vəziyyətdə Azərbaycan hərbi komandanlığının atdığı qətiyyətli addımlar tamamilə ədalətli və məntiqlidir. İrəvandan üçtərəfli Bəyanatın və sonrakı razılaşmaların əsas prinsiplərinin yerinə yetirilməsini tələb etmək, Ermənistanın baş naziri Nikol Paşinyana siyasi təzyiq göstərmək, siyasi yolla onu öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazımdır”, - deyə Korotçenko qeyd edib.Onun fikrincə, bu, təkcə qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına deyil, həm də Zəngəzur dəhlizinin işə salınmasına, Qarabağın 30 illik işğalından sonra ermənilərin tərk etdikləri minalanmış sahələrin xəritələrinin təqdim olunmasına və regionda bütün nəqliyyat-logistika əlaqələrinin blokdan çıxarılmasına aiddir. “Paşinyan hələ sərhədin demarkasiyası prosesinə, ən əsası isə Azərbaycan tərəfinin formalaşdırdığı və irəli sürdüyü beş əsas prinsip əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə başlamayıb. İkinci Qarabağ müharibəsinin ikinci ildönümünün yaxınlaşdığını nəzərə alsaq, Ermənistana elə təzyiqlər etmək lazımdır ki, bu il noyabrın 10-dək bütün erməni birləşmələri Qarabağı tamamilə tərk etsin və vəziyyət normallaşsın. Onlar orada qaldığı müddətdə təxribatlar, silahlı hücumlar davam edəcək və bunun sonu olmayacaq”, - deyə ekspert vurğulayıb.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər