BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu” mövzusunda panel iclası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə aparılan panel iclasında Azərbaycanın Baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov, ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Avropa Şurası yanında daimi nümayəndəmiz Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış ediblər.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xalq diplomatının malik ola biləcəyi cəhətlərə diqqəti cəlb edən məruzəçilər xaricdə yaşayan azərbaycanlı gənclərin siyasi və diplomatik biliklərə, Azərbaycanın tarixi və xalqımızın milli-mənəvi dəyərləri barədə geniş məlumata malik olmasının vacibliyindən danışıblar.“Əgər siz yaşadığınız cəmiyyətlərdə Azərbaycanı təmsil etmək istəyirsinizsə, mütləq bu bilikləri mənimsəməlisiniz. Həmin biliklərə yiyələnməyin bir yolu da belə layihələrin təşkilindən keçir”, - deyə Həsən Həsənov bildirib.Səfir Vilayət Quliyev qeyd edib ki, Azərbaycanın keyfiyyətcə yeni diasporu yaranır. Bu baxımdan, diaspor nümayəndələrinin həm yaşadıqları ölkənin, həm də Azərbaycan dilini bilmələri vacibdir. Daha geniş əlaqələrə malik olduqları halda onlar həm o cəmiyyətə, həm də Azərbaycana faydalı olacaqlar.Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov diaspor gənclərini ünsiyyət bacarıqlarını artırmağa çağırıb.Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev isə Azərbaycanın multikultural və tolerant ölkə olmasının diaspor təşkilatlarının ölkəmizi təbliğ etməsi üçün əlavə üstünlük olduğunu vurğulayıb.Panel iclası qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər