BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutması vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir. Ermənistan çalışır ki, bu cür təxribatlar törətməklə Azərbaycanı da cavab tədbirləri görməyə təhrik etsin və gərginliyin miqyasını artırmaqla ölkəmizi günahlandırsın. Digər tərəfdən, Ermənistanın bu təxribatları Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənilər bu yolla Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini, onların missiyasının uğursuz olduğunu göstərməyə çalışırlar. Bu qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

A.Məmmədov bildirib ki, əsgərimizin şəhid olmasından sonra qalib Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi, düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

Ordumuzun həyata keçirdiyi bu əməliyyat regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Lakin görünən odur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər dövrdə olduğu kimi, bu dəfə də təxribatlara əl ataraq, kimlərinsə onları qoruyacağına ümid edir. Ermənistan rəsmiləri bununla 30 il bundan əvvəl olduğu kimi, hələ də xəyallarla yaşadıqlarını və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını göstərirlər. Ermənistan tərəfi, əslində, vəziyyəti gərginləşdirməkə özünü daha ağır duruma salır. Bundan əvvəlki təxribatların nəticələri hər kəsə məlumdur.

Onun sözlərinə görə, Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatını unutmamalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Lakin Ermənistan tərəfi yeni yaranmış əməkdaşlıq mühitindən faydalanaraq ölkədə mövcud olan böhrandan çıxmaq əvəzinə növbəti təxribatlara əl atır. Bu, bir daha Ermənistanın sülh və əməkdaşlıq tərəfdarı olmadığını göstərir. Lakin əminliklə qeyd etməliyik ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatacaq, Ermənistan rəsmi Bakının tələblərini yerinə yetirəcək.

Deputat sonda Prezident İlham Əliyevin bu sözlərini xatırladıb: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq".

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər